Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

7 APREL 2016-CI İL
Rusiya

Rusiya hökuməti presedenti olmayan bir addım ataraq Yehovanın Şahidlərinin yerli İdarə Mərkəzini bağlamaq üçün hərəkətə keçib

Rusiya hökuməti presedenti olmayan bir addım ataraq Yehovanın Şahidlərinin yerli İdarə Mərkəzini bağlamaq üçün hərəkətə keçib

SANKT-PETERBURQ. Rusiya hökuməti presedenti olmayan bir addım ataraq Yehovanın Şahidlərini Rusiyadakı İdarə Mərkəzini bağlamaqla hədələyir.

Rusiya Federasiyasının Baş Prokurorluğu 2 mart 2016-cı il tarixində rəsmi xəbərdarlıq məktubu göndərdi. Məktubda qeyd olunur ki, dini icma iki ay ərzində hökumətin «ekstremist adlandırdığı fəaliyyətlə» məşğul olmadığını sübut edə bilməsə, «dini icmanın fəaliyyəti qadağan olunacaq». Yehovanın Şahidlərinin Rusiyadakı nümayəndəsi Yaroslav Sivulskiy bildirir: «Yerli hüquqi şəxsimiz bağlanarsa, bizə məxsus olan bütün əmlaklar müsadirə ediləcək və nəticədə Yehovanın Şahidlərinin Rusiyadakı fəaliyyəti qadağan olunacaq».

Yehovanın Şahidlərinin Rusiyadakı İdarə Mərkəzi.

Qəribədir ki, bu hadisələr Rusiya hökumətinin Yehovanın Şahidlərini qeydiyyatdan keçirməsinin 25-ci ildönümünə təsadüf edir. Yehovanın Şahidlərinin İdarə Mərkəzi ilk dəfə 1991-ci il martın 27-si qeydiyyatdan keçirilmişdi. 29 aprel 1999-cu il tarixində isə bu qeydiyyat yenilənmişdi. İdarə Mərkəzi Sankt-Peterburqdan 40 kilometr şimal-qərbdə olan Solnoçnoye qəsəbəsində yerləşir. Rusiya hökumətinin Yehovanın Şahidlərinin yerli İdarə Mərkəzini bağlamaq cəhdləri onların Şahidlərə qarşı qərəzli münasibətinin pik nöqtəsidir. Ötən il Rusiya hökuməti Yehovanın Şahidlərinin dini ədəbiyyatlarının, eləcə də rus dilində olan Müqəddəs Kitablarının ölkəyə idxalını qadağan etdi. Həmçinin Rusiya Yehovanın Şahidlərinin jw.org rəsmi saytını qadağan edən yeganə ölkə oldu. Cənab Yaroslav Sivulskiy qeyd edir: «Rusiya hökumətinin anti-ekstremizmlə bağlı qanunu Yehovanın Şahidlərinin əleyhinə istifadə etməsi düzgün deyil. Yehovanın Şahidləri bu qərarla razılaşmır. Biz 125 ildir Rusiyada bu fəaliyyətlə məşğuluq. İstəyirik bundan sonra da bizə azadlıq verilsin ki, dinc şəraitdə ibadət görüşlərimizi və Müqəddəs Kitab dərslərimizi keçirək».

Lakin hökumətin Yehovanın Şahidlərinə qarşı düşmənçiliyi getdikcə artır. Bunun əsas səbəbi hökumətin Rusiya Provaslav kilsəsi ilə sıx əməkdaşlıq etməsidir. Beynəlxalq KİV-in (Kütləvi İnformasiya Vasitələri) «Nyu-York Tayms» qəzeti bildirir ki, «hökumət Rusiya Provaslav Kilsəsi ilə sıx əməkdaşlıq etdiyi üçün» Yehovanın Şahidlərinə, eləcə də digər kiçik dini qurumlara qarşı sərt münasibətini alovlandırır və qoyulan qadağaları artırır. «Assoşieytid Press»in hesabatında deyilir ki, «Rusiya hökumətinin ölkədəki Yehovanın Şahidlərinə qarşı bu cür rəftarı din azadlığı üçün həyəcan təbilidir». «Reuters»in hesabatında isə bildirilir ki, «Yehovanın Şahidləri və digər dini qurumlar Rusiya hökumətinin anti-ekstremizm qanunu adı altında getdikcə genişlənən bu davranışlarına məruz qalır». «İndependent» qəzetinin 2015-ci il dekabr sayında bildirilir ki, «ekstremizmlə bağlı qanunun məqsədi terror aktlarının və ultra millətçilərin etdiyi zorakılığın qarşısını almaqdır». «Haffinqton Post» qəzetinin 2016-cı il 20 mart sayında bildirilir ki, hökumət bu qanundan istifadə edərək «Yehovanın Şahidləri kimi, dinc şəraitdə ibadət edən dinləri ittiham edir». Şahidlər həm yerli, həm də Avropa İnsan Hüquqları Məhkəməsində öz hüquqlarını tələb edir, ancaq «Moskou Tayms» qəzetinin 2016-cı il 25 mart sayında yazılmış xəbərə görə Rusiya hökuməti «rus məhkəmələrinə beynəlxalq məhkəmələrin qərarlarını əsassız hesab etmək hüququ verən» yeni qanun qəbul edib.

İdarə Mərkəzinin dəhlizində duran ziyarətçilər.

Rusiyadakı Yehovanın Şahidlərinin İdarə Mərkəzi rus vətəndaşları üçün pulsuz Müqəddəs Kitab təlim proqramları təşkil edir və dəstəkləyir. İdarə Mərkəzindəki təcrübəli şəxslər Rusiyadakı təbii fəlakətlər zamanı əziyyət çəkən insanlara yardım göstərmək istəyən könüllülərlə əlaqə yaradıb, onlarla əməkdaşlıq edirlər. 146 000 000 əhalisi olan Rusiyada 175 000-dən çox Yehovanın Şahidi var.

Yehovanın Şahidlərinin Nyu-Yorkdakı ümumdünya baş idarəsinin nümayəndəsi Devid Semonian deyir: «Hökumətin Rusiyadakı filialımızı bağlamaqla hədələməsi bizi məyus edir. Dünyadakı bütün Yehovanın Şahidləri və başqa insanlar hadisələrin necə cərəyan edəcəyini maraqla gözləyir».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Devid Semonian, tel.: +1 718 560 5000

Rusiya: Yaroslav Sivulskiy, tel.: +7 812 702 2691