Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

21 YANVAR 2014-CÜ İL
Rusiya

SON VƏZİYYƏT: JW.ORG saytını qadağan etmək cəhdi boşa çıxdı

SON VƏZİYYƏT: JW.ORG saytını qadağan etmək cəhdi boşa çıxdı

SANKT-PETERBURQ, Rusiya. 2013-cü il 7 avqust tarixində Moskvadan təxminən 160 kilometr şimalda yerləşən Tver şəhərinin Mərkəzi Rayon Məhkəməsi Müqəddəs Kitab təlimlərini işıqlandıran jw.org saytının Rusiya Federasiyasının bütün ərazisində qadağan olunması barədə qərar çıxarmışdı.

Bütün dünyada jw.org saytından yüz minlərlə insanın faydalanmasına və mütəxəssislərin onu yüksək qiymətləndirməsinə baxmayaraq, məhkəmə bu məşhur saytı qadağan etməyə çalışan məmurların tərəfini tutdu. Məhkəmə saytın sahibi olan Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinə (Nyu-York) bildiriş göndərmədən və onların ifadələrini dinləmədən bu qərarı verdi. Buna görə də Yehovanın Şahidləri Tver Vilayət Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdilər. Məhkəmə iclası 2014-cü il 22 yanvar tarixinə təyin edilib.

Əgər məhkəmə şikayətə baxmaqdan imtina edərsə, bu saytdan şəxsi və ailəvi öyrənmə üçün, eləcə də dini fəaliyyətlərində istifadə edən Rusiyadakı 160 000-dən çox Yehovanın Şahidi sayta daxil ola bilməyəcək. Saytı reklam etmək və ondan istifadə etmək Rusiya ərazisində cinayət sayılacaq. Bundan başqa, təxminən 142 milyonluq Rusiya əhalisi də Müqəddəs Kitab haqqında pulsuz məlumat əldə etmək üçün jw.org saytından istifadə edə bilməyəcək. Fəlsəfə elmləri doktoru, dinşünas və Moskva şəhərindəki Rusiya Əmək və Sosial Münasibətlər Akademiyasının professoru Yekaterina E. sayt barədə deyir: «Bu sayt dini araşdırmalarla məşğul olan hər bir insan üçün əsil hədiyyədir. Məlumat ətraflı və aydın şəkildə təqdim olunur. Vacib ruhani və əxlaqi məsələlər sadə dillə izah edilir. Sayta daxil olanda, elə bil, Yehovanın Şahidlərinin evində qonaq olursan».

Hadisələrə Sankt-Peterburqdan şərh verən Yehovanın Şahidlərinin Rusiyadakı nümayəndəsi Qriqori Martınov qeyd edir: «jw.org saytı Müqəddəs Kitab haqda məlumat axtaran Rusiya sakinləri üçün əla vəsaitdir. Saytın siyasət və ticarətlə heç bir əlaqəsi yoxdur. Ümidvarıq ki, Tver Vilayət Məhkəməsi bütün Rusiya sakinlərinin bu məşhur maarifləndirici saytdan bundan sonra da istifadə etmələrini təmin edəcək».

Yehovanın Şahidlərinin ümumdünya mərkəzindəki (Nyu-York) nümayəndəsi Ceyms Braun deyir: «jw.org saytı araşdırma üçün qiymətli vəsait olmaqla yanaşı, bütün dünyada ailələr üçün etibarlı məlumat mənbəyidir. Təxminən 600 dildə faydalı məlumatın dərc edildiyi bu sayta hər gün, orta hesabla, 900 000-dən çox adamın daxil olması buna bir sübutdur. Saytın qadağan edilməsi üçün heç bir əsas yoxdur».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Rusiya: Qriqori Martınov, tel.: +7 812 702 2691