Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

14 OKTYABR 2015-Cİ İL
Rusiya

Mütəxəssislər Rusiyanın JW.ORG saytına qadağa qoymasına etiraz edirlər

Mütəxəssislər Rusiyanın JW.ORG saytına qadağa qoymasına etiraz edirlər

SANKT-PETERBURQ, Rusiya. 21 iyul 2015-ci il tarixində Rusiya Federasiyası Yehovanın Şahidlərinin rəsmi internet saytını qadağan etdi. Rusiya ərazisində bu sayta daxil olmağa şərait yaradanlar cinayət məsuliyyətinə cəlb olunur. Rusiya jw.org saytını qadağan edən yeganə ölkədir.

Dinşünas və Moskva Əmək və Sosial Münasibətlər Akademiyasının professoru Yekaterina Elbakyan bu saytla bağlı öz fikrini bildirdi: «Mənim fikrimcə, bu sayt əhəmiyyətlidir, çünki orada Yehovanın Şahidləri öz təşkilatları haqda dəqiq məlumat verirlər. Başqa heç bir mənbədə onlar haqda belə dəqiq məlumat tapa bilməzsiniz... Bu saytdan Yehovanın Şahidlərindən savayı, müxtəlif dinlərlə maraqlanan insanlar, məsələn, təkcə mənim kimi dinşünaslar yox, jurnalistlər və din haqda yazan publisistlər da istifadə edir».

«Mənim fikrimcə, bu sayt əhəmiyyətlidir, çünki orada Yehovanın Şahidləri öz təşkilatları haqda dəqiq məlumat verirlər» (Yekaterina Elbakyan, Moskva Əmək və Sosial Münasibətlər Akademiyasının professoru)

Moskva İnsan Hüquqları İnstitutunun hüquq eksperti Lev Levinson dövlətin bu qərarını tarixi hadisə adlandırır: «XXI əsr Rusiya Konstitusiyası din azadlığına zəmanət verir; bütün dini təşkilatlar qanun qarşısında bərabərdir. Buna baxmayaraq, Rusiya XIX əsrdə əqidəni yaymaq hüququnu məhdudlaşdırdığı kimi, bu gün də ədəbiyyatları müsadirə etməklə və saytlara qadağa qoymaqla eyni hərəkəti təkrar edir. Bütün bunlar isə ekstremizmlə mübarizə adı altında hakimlər və ekspertlər tərəfindən qanunsuz olaraq həyata keçirilir».

Bu qadağa 2013-cü ildə başlayan hüquq müharibəsinin son nöqtəsi oldu. Həmin ilin avqustun 7-si Rusiyadakı bir rayon məhkəməsi qapalı şəkildə keçirilən məhkəmə prosesində saytın «ekstremist» olduğuna qərar verdi. Ancaq vilayət məhkəməsi 22 yanvar 2014-cü il tarixində bu qərarı ləğv etdi. Qərarla razılaşmayan Rusiya Federasiyasının Baş Prokurorunun müavini ləğv edilən qərarı yenidən qüvvəyə mindirmək üçün Rusiya Federasiyası Ali Məhkəməsinə müraciət etdi. 2014-cü il dekabrın 2-si Ali Məhkəmə Yehovanın Şahidlərinin iştirakı olmadan prokurorun ittihamını dinlədi. Yehovanın Şahidlərinin məhkəmədə iştirak etməməsinin səbəbi onlara bu barədə xəbərin verilməməsi idi. Rusiya hakimiyyəti tərəfindən qadağan olunmuş materialların artıq saytda yerləşdirilmədiyi təsdiqlənsə də, Ali Məhkəmə saytı bütünlüklə «ekstremist» adlandıraraq əvvəlki qərarı yenidən qüvvəyə mindirdi. Yehovanın Şahidləri qərarla bağlı Ali Məhkəmənin sədrinə etirazlarını bildirsələr də, bu, heç bir nəticə vermədi. Bu qərara əsasən, 21 iyul 2015-ci il tarixində Rusiya Federasiyası Ədliyyə Nazirliyi saytı ekstremist materiallar siyahısına daxil edərək bütün Rusiya ərazisində qadağan etdi.

Yehovanın Şahidlərinin Rusiyadakı nümayəndəsi Yaroslav Sivulskiy bu qadağanın nəticələri barədə növbəti sözləri deyir: «Rusiya hakimiyyətinin bu haqsız davranışı bizi məyus etdi. Qadağa bu ölkədə yaşayan 170 000-dən çox Yehovanın Şahidinin ibadətini məhdudlaşdırır. Nəzərə alsaq ki, Rusiya ərazisində hər gün 285 000 nəfər bu sayta daxil olurdu, deməli təkcə Yehovanın Şahidləri yox, digər insanlar da Müqəddəs Kitab haqda dəqiq məlumat almaqdan məhrum olur».

Yehovanın Şahidlərinin Bruklindəki baş idarəsinin adından danışan beynəlxalq nümayəndəsi C. R. Braun deyir: «Bizim rəsmi jw.org veb-saytımızda mükafatlara layiq görülmüş videolar, Müqəddəs Kitabı araşdırmaq üçün yüzlərlə dildə ədəbiyyatlar və dünyada iki ən çox paylanılan jurnal — “Gözətçi qülləsi” və “Oyanın!” jurnalları yerləşir. Bu sayt ən böyük beynəlxalq sərgilərdə iştirak edib və məktəblərdə geniş istifadə olunur. Onun vasitəsilə indiyədək dünyanın müxtəlif ərazilərindən xeyli sayda insan fayda əldə edib. Bu sayt Rusiyada da geniş istifadə olunurdu. JW.ORG saytı haqda hamı bilməlidir».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: C. R. Braun, tel.: +1 718 560 5000

Rusiya: Yaroslav Sivulskiy, tel.: +7 812 702 2691