Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

2 İYUL 2013-CÜ İL
Rusiya

Avropa Məhkəməsi Yehovanın Şahidlərinin şəxsi həyata hörmət hüququnu müdafiə edib

Avropa Məhkəməsi Yehovanın Şahidlərinin şəxsi həyata hörmət hüququnu müdafiə edib

Avropa Məhkəməsi Yehovanın Şahidlərinin şəxsi həyata hörmət hüququnu müdafiə edib

NYU-YORK. Cümə axşamı, 6 iyun 2013-cü il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) xanım V. Jukova və Y. Avilkinanın hər birinə dəymiş zərərin əvəzi kimi Rusiya hökumətinin 5000 avro (6622 dollar) həcmində təzminat ödəməsi haqda qərar çıxarıb. Rusiya hüquq mühafizə orqanları V. Jukovaya və Y. Avilkinaya məxsus tibbi sənədləri onların icazəsi olmadan ələ keçirmişlər. Məhkəmə bəyan etmişdir ki, onların şəxsi həyata hörmət hüququ pozulub. Məhkəmə Avropa Konvensiyası tərəfindən qorunan bu hüququ «olduqca vacib prinsip» kimi xarakterizə etmişdir.

Məhkəmənin bu qərarı 5 il davam edən hüquqi çəkişmələrə son qoydu. 2007-ci ildə Sankt-Peterburq şəhərinin prokuror müavini tələb etmişdir ki, şəhərin bütün tibb müəssisələri «Yehovanın Şahidlərinin qanın və onun komponentlərinin köçürülməsindən hər bir imtina faktı» haqda prokurorluğa xəbər versin. Maraqlıdır ki, bu haqda pasientlərə bildiriş göndərilməmiş və onların razılığı alınmamışdır. Nəticədə, 2009-cu il 9 mart tarixində Şahidlər AİHM-ə «Avilkina və başqaları Rusiyaya qarşı» şikayət ərizəsi təqdim etmişlər. Məhkəmə verdiyi qərarda Rusiya hüquq mühafizə orqanlarının hərəkətini «olduqca sərt» kimi xarakterizə etmişdir və təsdiq etmişdir ki, şikayətçilər barədə məxfi məlumatın prokurorluğa təqdim etmək üçün gətirilən əsasların «məsələyə aidiyyatı yoxdur və yetərli deyil».

Yehovanın Şahidlərinin Rusiyadakı rəsmi nümayəndəsi Qriqori Martınov məsələnin mahiyyətini vurğulayaraq qeyd etmişdir: «Məhkəmənin bu qərarı həm Rusiya vətəndaşlarının, həm də Avropa Şurası tərkibindəki dövlətlərdə yaşayan vətəndaşların əsas hüquqlarının qorunmasına xidmət edəcəkdir».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel. +1 718 560 5000

Rusiya: Qriqori Martınov, tel.: +7 812 702 2691

 

Əlavə məlumat

Nəyə görə Yehovanın Şahidləri qanköçürmədən imtina edirlər?

Yehovanın Şahidləri və qanköçürmə haqda çoxlu yanlış fikirlər mövcuddur. Bizim bu məsələ ilə bağlı fikirlərimiz haqda faktları öyrənin.