Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

31OKTYABR 2013-CÜ İL
Rusiya

Avropa Məhkəməsinin Böyük Palatası Rusiyaya qarşı çıxardığı qərara yenidən baxmağa imtina edib

Avropa Məhkəməsinin Böyük Palatası Rusiyaya qarşı çıxardığı qərara yenidən baxmağa imtina edib

Bazar ertəsi, 2013-cü il 7 oktyabr tarixində İnsan Haqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası Rusiya Federasiyasının Yehovanın Şahidləri ilə əlaqədar çıxardığı 6 iyun tarixli qərarına yenidən baxmaq xahişini rədd edib. Məhkəmə qərara almışdır ki, Rusiya şəxsi həyata hörmət hüququnu pozub və buna görə də V. Jukovaya və Y. Avilkinaya ayır-ayrılıqda 5000 avro (6622 ABŞ dolları) həcmində təzminat ödəməlidir. İşin materiallarına əsasən, Rusiya hüquq mühafizə orqanları V. Jukovaya və Y. Avilkinaya məxsus tibbi sənədləri onların icazəsi olmadan ələ keçirmişdir. Rusiya İnsan Haqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasına apellyasiya şikayəti ilə müraciət etmişdir. Lakin məhkəmə Rusiyanın işə yenidən baxmaq müraciətini rədd edib. Artıq 6 iyun tarixli qərar qüvvəyə minib və Rusiya Federasiyası bu kimi hallarda şəxsi həyata hörmət hüququna hörmətlə yanaşmalıdır və məhkəmənin təyin etdiyi təzminatı ödəməlidir.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel. +1 718 560 5000

Rusiya: Qriqori Martınov, tel. +7 812 702 2691