Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

27 YANVAR 2015-Cİ İL
QAZAXISTAN

Şahidlər qazax dilində çıxan yeni Müqəddəs Kitabı təqdim edirlər

Şahidlər qazax dilində çıxan yeni Müqəddəs Kitabı təqdim edirlər

Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Qerit Löş qazax dilində çıxan «Müqəddəs Kitabın Yeni Dünya Tərcüməsi»ni təqdim edir.

ALMATA, Qazaxıstan. Qazax dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» 26—28  sentyabr tarixlərində keçirilən Yehovanın Şahidlərinin böyük toplantısında işıq üzü gördü. Orada iştirak edən 3721 nəfərin hamısına Müqəddəs Kitabın 1 nüsxəsi verildi.

Türkologiya üzrə mütəxəssis Aleksandr Qarkavets qazax dilində çıxan «Yeni Dünya Tərcüməsi» haqda belə demişdi: «Müqəddəs Yazıları qazax dilinə tərcümə etmək üçün mənbələrin məhdud olmasına baxmayaraq, tərcüməçilər möhtəşəm bir iş görüblər. Onların tərcümə zamanı orijinal mətnin mənasını qazax dilində vermək üçün yeni üsullardan istifadə etmələri tərifəlayiqdir». «Yeni Dünya Tərcüməsi» müasir danışıq dilində olduğu üçün hamı tərəfindən asanlıqla başa düşülür.

«Açıq qapı» günündə Şahidlər ənənəvi «Yurt» çadırını qurublar ki, qonaqlar dincələ bilsinlər.

Böyük toplantıdan sonrakı həftə, oktyabrın 3-ü Yehovanın Şahidlərinin Qazaxıstandakı filialı açıq qapı günü keçirtdi və qazax dilində yeni Müqəddəs Kitabı təqdim etdi. Qazaxıstanın əsas xəbər agentliklərindən biri olan «Azattık» radiosu bu tədbir haqqında belə demişdi: «Açıq qapı gününə Akimat (rayon administrasiyası) rəsmiləri, Dini Qurumlarla İş üzrə Şöbənin müdiri Nurjan Japarkul, xarici diplomatik heyətin nümayəndələri, dini elmlər üzrə mütəxəssislər və digərləri gəlmişdilər». Cənab Japarkul demişdi: «Almatadakı bu tədbirdə Yehovanın Şahidləri bizi çox səmimi qarşıladılar. Onların bu təşəbbüsü tərifəlayiqdir və bunun bizim işimizə çox köməyi dəydi».

Dini Qurumlarla İş üzrə Şöbənin rəisi Nurjan Japarkul və Dini Qurumlarla İş üzrə Şöbənin digər rəsmiləri açıq qapı günündə Yehovanın Şahidlərinin filialını ziyarət edirlər.

«Açıq qapı» gününün dəvətnamələri Almatada paylanılır.

Yehovanın Şahidlərinin Qazaxıstandakı nümayəndəsi Polad Bekjan deyir: «Bu ilki böyük toplantımızda iştirak edənlərin sayı və qazax dilindəki Müqəddəs Kitabın getdikcə artan qazaxdilli insanlar tərəfindən müsbət qarşılanması bizi sevindirir. Həmçinin “Açıq qapı” günümüz də öz məqsədinə çatdı. Bununla da dövlət rəsmilərinin, KİV-nin və qonşularımızın Yehovanın Şahidlərini tanıma fürsəti oldu».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Qazaxıstan: Polad Bekjan, tel: +7 727 232 36 62