Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

30 DEKABR 2013-CÜ İL
QIRĞIZISTAN

Qırğızıstan məhkəməsi etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin lehinə qərar verdi

Qırğızıstan məhkəməsi etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin lehinə qərar verdi

BİŞKEK, Qırğızıstan. 2013-cü il 19 noyabr tarixində Qırğızıstan Ali Məhkəməsinin Konstitusiya Palatası indi qüvvədə olan alternativ xidmət qanununun konstitusiyaya uyğun olmadığını və din azadlığını pozduğunu yekdil şəkildə bəyan etdi. Məhkəmə etiqadları yol vermədiyindən hərbi xidmətdən imtina edənlərə əsil alternativ mülki xidmət təqdim etmək üçün hökumətin qanunu dəyişməsini tələb etdi.

2009-cu ildə Qırğızıstan hökuməti alternativ xidmət haqda qanun qəbul etdi. Lakin sonradan aydın oldu ki, bu xidmət hərbi qüvvələrin nəzdindədir. Alternativ xidməti icra edənlərə nəzarət hərbçilərə tapşırılmışdı, hətta bəzilərindən hərbi fəaliyyəti dəstəkləmək üçün pul ödəmək tələb etmişdilər. Alternativ xidməti başa vuranların adı avtomatik olaraq səfərbərlik ehtiyatı siyahısına salınırdı. Buna görə də Yehovanın Şahidləri təqdim olunan alternativ xidmətdən imtina edirdilər və onlara qarşı bir neçə cinayət işi açılmışdı.

Noyabr ayında verilən qərarla təsdiq olundu ki, Şahidlərin onlara təqdim olunan alternativ xidmətdən imtina etmələrinə əsaslı səbəbləri var və onlar vətəndaşlıq borcundan boyun qaçırmırlar. Məhkəmə aşkar etdi ki, bu Şahidlər əsil alternativ mülki xidməti icra etmək istəyirlər. Yehovanın Şahidlərinə qarşı açılan bütün cinayət işlərinə yenidən baxılması və qanuna edilən dəyişikliklər nəzərə alınaraq qərarların yenilənməsi gözlənilir.

Yehovanın Şahidlərinin Qırğızıstandakı nümayəndəsi Həmid İskakov deyir: «Bu qərar etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin problemlərinin həllini tapması ilə yanaşı, qırğız məmurlarına Yehovanın Şahidlərinin beynəlxalq səviyyədə hörmət qazanmış bir din olduğunu anlamalarına kömək edəcək».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.:+1 718 560 5000

Qırğızıstan: Həmid İskakov, tel.: +996 770 778 885