Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

21 YANVAR 2015-Cİ İL
POLŞA

Osventsimin qurtuluşunun 70 illiyi qeyd olunur; orada olmuş Yehovanın Şahidləri də yad edilir

Osventsimin qurtuluşunun 70 illiyi qeyd olunur; orada olmuş Yehovanın Şahidləri də yad edilir

VARŞAVA, Polşa. 2015-ci il yanvarın 27-də minlərlə insan nasist Almaniyasına məxsus olmuş Osventsim həbs və ölüm düşərgəsinin qurtuluşunun 70 illiyini anacaq. Bu vahiməli düşərgədən əsasən nasistlərin hədəf seçdiyi irqi qrupları məhv etmək üçün istifadə olunurdu. Almanlar da daxil olmaqla, müxtəlif millətlərdən olan Yehovanın Şahidləri də bu düşərgədə əzab çəkmişlər.

Bu tədbiri Osventsim-Birkenau Dövlət Muzeyi və Osventsim Beynəlxalq Birliyi təşkil edib. Polşa prezidenti Bronislav Komorovskinin iştirakının da gözlənildiyi bu tədbirə dünyanın dörd bir yanından müxtəlif dövlətlər öz nümayəndə heyətini göndərəcək. Tədbir internet vasitəsilə canlı yayımlanacaq.

Bu düşərgə II dünya müharibəsi zamanı nasistlər tərəfindən zəbt edilmiş Polşanın Osventsim şəhərinin yaxınlığında yerləşir. Bu ərazi 1940-ci ilin iyun ayında 700 polyak məhbusun gətirilməsi ilə alman həbs düşərgəsi kimi istifadə olunmağa başladı. Osventsim sürətlə böyüyərək 40-dan çox düşərgədən və yardımçı düşərgədən ibarət böyük ölüm kompleksinə çevrildi. Osventsim-Birkenaudakı 4 qaz otağı hər gün 20 000-dən çox insana məzar olurdu. Fəaliyyət göstərdiyi beş ilə yaxın vaxt ərzində 400 Yehovanın Şahidi də daxil olmaqla, 1 100 000 nəfər bu düşərgəyə göndərilmişdi.

Osventsim-Birkenau Dövlət Muzeyinin rəsmi saytında belə deyilir: «Osventsim həbs düşərgəsinin tarixindən bəhs edən mənbələrdə, dini əqidələrinə görə həbs olunan Yehovanın Şahidləri (düşərgə qeydlərində Müqəddəs Kitab [Tədqiqatçıları] adlandırılırlar) haqda bir neçə yerdə qısaca yazılıb. Bu məhbuslar düşərgədə öz əxlaq prinsiplərinə bağlı qaldıqları üçün onlar haqda daha çox şey demək olardı». Muzey qeydlərində göstərilir ki, Yehovanın Şahidləri Osventsimə göndərilən ilk məhbusların sırasında olublar. Bu düşərgəyə yüzlərlə Yehovanın Şahidi göndərilib və onların 35 faizi orada ölüb.

Andjey Şalbot (Məhbus— İBV 108703): Əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün1943-cü ildə nasistlər tərəfindən tutularaq Osventsim düşərgəsinə göndərildi.

Nasist hökuməti Yehovanın Şahidlərini hədəf alaraq 1933-cü ilin əvvələrində təşkilatın fəaliyyətinə qadağa qoyur. Yehovanın Şahidlərinin əxlaq prinsipləri və dini baxışları nasist ideologiyasına zidd idi. Misal üçün, Yehovanın Şahidləri məcburi olan «Hayl Hitler» demirdilər, çünki onlar fikirləşirdilər ki, Hitleri bu cür izzətləndirsələr, Allaha xəyanət etmiş olarlar. Onlar həmçinin hərbi ilə əlaqəli hər şeyi rədd edirdilər. Nasist höküməti onların bu hərəkətini dövlətə qarşı çıxmaq kimi dəyərləndirirdi. 1943-cü ildə tutulan və 19 yaşında Osventsim həbs düşərgəsinə göndərilən Andjey Şalbot deyir ki, «Kim hərbi xidmətdən imtina edirdisə, onu həbs düşərgəsinə göndərirdilər». Yehovanın Şahidlərinə vəd edilirdi ki, əgər onlar təşkilatın üzvlüyündən çıxmağı və onun təlimlərinin səhv olduğunu göstərən sənədi imzalasalar, dərhal azadlığa buraxılacaqlar. Ancey Şalbot bu sənədi imzalamağı rədd etdi.

Yehovanın Şahidlərinə vəd etmişdilər ki, əqidələrindən dönüb bu sənədi imzalasalar, onları azad edəcəklər.

Nasistlərin rəsmi sənədlərində Yehovanın Şahidləri, təşkilatlarının almanca rəsmi adı Internationale Bibelforscher-Vereinigung-ın (Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları Birliyi) qısaltması olan IBV hərfləri ilə gedir. Nasistlər Yehovanın Şahidlərinin düşərgə geyimlərində bənövşəyi rəngdə üçküncün olmasını tələb edirdi. Bu işarə onlara kömək edirdi ki, düşərgədə olan dindaşlarını tanıya bilsinlər. Onlar hər axşam yoxlamadan əvvəl görüşürdülər. Şahidlər onların xeyirxahlığından və imanlarından təsirlənən digər məhbuslarla Müqəddəs Kitab əsasında söhbət etmək üçün gizli görüşlər təşkil edirdilər. Məhbusların bəziləri Osventsim düşərgəsində Yehovanın Şahidi oldu.

1945-ci il 27 yanvar tarixində, şənbə günü səhər radələrində SSRİ-in Qızıl ordusu Osventsimə çatdı. Günorta saat 3-də Sovet ordusu təxminən 7000 məhbusun olduğu Osventsim I, Osventsim II (Birkenau) və Osventsim III (Monovits) düşərgələrini boşaltmışdı.

Stanislav Zayonts. 1943-cü il fevralın 16-sı Osventsim düşərgəsinə gəlir.

Qızıl ordunun yaxınlaşması ilə nasistlər on minlərlə məhbusu Osventsim düşərgələrindən zorla çıxarırdılar. Bu məhbusların arasında Stanislav Zayonts adlı bir Yehovanın Şahidi də var idi. Stanislav və təxminən 3200 digər məhbus məcburi şəkildə Yavojno yardımçı düşərgəsini tərk edərək məhşur ölüm marşına başladılar. Onlar Osventsimdən uzaqda bir meşədə yerləşən Blexammer yardımçı düşərgəsinə üçgünlük yol getdilər. Ehtimal olunur ki, bu səfərdə 2000 dən az adam sağ qalıb. Stanislav Zayonts digər məhbuslarla birgə düşərgədə gizlənərkən baş verən atışma haqda belə deyir: «Yanımızdan keçən tankların səsini eşidirdik, ancaq heç birimiz ürək edib çölə çıxaraq tankların hansı tərəfə aid olduğuna baxmırdıq». Səhət tezdən başa düşdük ki, tanklar ruslara məxsusdur. Rus ordusu talaya toplaşmışdı. Bununla da, vahiməli həbs düşərgəsindən xilas oldum.

Bu il yanvarın 27-si, Osventsimin qurtuluşunun 70 illiyi ilə bağlı konfranslar və sərgilər dünyanın müxtəlif şəhərlərində qeyd ediləcək.

Əlaqə:

Beynəlxalq: C. R. Braun, məlumat xidməti tel.: +1 718 560 5000

Almanya: Volfram Slupina, tel.: +49 6483 41 3110

Polşa: Rişard Yablonski, tel.:+48 608 555 097