Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Nicaragua

14NW112W

14NW112W

2014-cü il aprelin 14-ü, bazar ertəsi Manaquanın (Nikaraqua) şimal-qərbində 5,1 bal gücündə zəlzələ baş verib. Bu, son dörd gün ərzində regionda ardı-ardına baş verən zəlzələlərin sonuncusu idi; qeydə alınmış zəlzələlərin içində ən güclüsü Rixter cədvəli üzrə 6,6 bal gücündə idi. Yehovanın Şahidlərinin Meksikadakı Mərkəzi Amerika filialının verdiyi məlumata görə, həmin ərazidəki Şahidlərin heç biri yaralanmayıb. 7 Şahidin evi uçub, 21 evə isə ciddi ziyan dəyib. Naqarotedə Yehovanın Şahidlərinin ibadət yeri olan bir Padşahlıq zalına ciddi ziyan dəyib. Nəticədə, Yehovanın Şahidlərinin iki yığıncağı Məsihin Xatirə gecəsini Padşahlıq zalının parkinqində keçirməli olub. Mərasimdə 530-dan çox adam iştirak etmişdi. Onların arasında Yehovanın Şahidi olmayanlar da çox idi. Filial zərərçəkənlərə yardım göstərir, eləcə də evlərinə ziyan dəymiş həmimanlılarını müvəqqəti sığınacaqlarla təmin edir.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Mərkəzi Amerika: Qamaliel Kamarillo, tel.: +52 555 133 3048