Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

6 MART 2015-Cİ İL
MOZAMBİK

Mozambikdə baş vermiş dağıdıcı daşqından sonra Yehovanın Şahidləri hava və quru yolu vasitəsilə yardım göstərirlər

Mozambikdə baş vermiş dağıdıcı daşqından sonra Yehovanın Şahidləri hava və quru yolu vasitəsilə yardım göstərirlər

MAPUTU, Mozambik. Zambezi əyalətində dekabrdan başlayaraq yanvarın ortasına qədər davam edən və həftələrlə yağan aramsız güclü yağışlar dağıdıcı daşqına səbəb olmuş, 158 nəfərin həyatına son qoymuşdur. Yehovanın Şahidlərinin Mozambikdəki filialının verdiyi xəbərə görə Şahidlərdən ölən və yaralanan yoxdur. Buna baxmayaraq, daşqın nəticəsində 2 ibadət evi zədələnmiş, 225 şahidin evi isə dağılmışdır.

Yehovanın Şahidlərindən ibarət könüllülər hava yolu vasitəsilə Zambezinin təbii fəlakət ucbatından təcrid olunmuş Şire ərazisinə ərzaq göndərmək üçün hazırlıq görürlər.

Yehovanın Şahidləri daşqından zərərçəkmiş ərazilərdə həmimanlılarının ehtiyaclarını qarşılamaq üçün təbii fəlakətdən zərər çəkənlərə yardım komitələri yaratdılar. Onlar bəzi ibadət evlərini müvəqqəti sığınacaq və qida paylama mərkəzi kimi istifadə edirdilər. Maputu şəhərindən təqribən 1500 kilometr aralıqda yerləşən Şire bölgəsində əraziyə çıxışı təmin edən körpülər dağılmış və 1300-dən çox Yehovanın Şahidi ərazidə dustaq qalmışdı. Mozambikin Mülki Aviasiya İnstitutu Şahidlərin təyyarə vasitəsilə 17 tondan çox yardım göndərməsinə icazə verdi.

Morumbalada çantalarla qarğıdalılar ərazilərə çatdırılmaq üçün bölüşdürülür

Yehovanın Şahidlərinin Mozambikdəki nümayəndəsi Alberto Libombo deyir: «Həmimanlılarımızın bizə etdiyi yardım onların səxavətli olduqlarını göstərir. Bunu görmək həqiqətən də sevindiricidir. Mozambikdəki filial qida yardımının çatdırılmasını, evlərin yenidən tikilməsini və təmirini təşkil etməyə davam edir. Bacardığımız qədər zərərçəkənlərə ruhani kömək etməyə və təsəlli verməyə davam edəcəyik».

Şiromadakı ibadət evindən müvəqqəti paylama mərkəzi kimi istifadə olunur.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Mozambik: Alberta Libombo, tel.: +258 21 450 500