Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

22 MAY 2015-Cİ İL
MEKSİKA

Yehovanın Şahidləri dünyanın ən böyük ispandilli kitab sərgisində

Yehovanın Şahidləri dünyanın ən böyük ispandilli kitab sərgisində

MEXİKO. Yehovanın Şahidlərini Qvadalaxara Beynəlxalq Kitab Sərgisinə dəvət etmişdilər. Bu sərgi ispandilli ölkələrin ən böyük sərgisidir. O həmçinin Almaniyadakı Frankfurt kitab sərgisindən sonra dünyanın ən böyük ikinci sərgisi hesab edilir. Bu sərgi 29 noyabr — 7 dekabr 2014-cü il tarixlərində keçirildi. Sərgiyə gələnlərin sayı 760 000-dən çox idi.

Sərgidə təxminən 4000-dən çox ikicildli «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabı paylanıldı.

44 ölkədən təxminən 1900 nəşriyyat arasında Yehovanın Şahidləri də Müqəddəs Kitab və ona əsaslanan ədəbiyyatları, xüsusilə də ailələr, yeniyetmələr və uşaqlar üçün nəzərdə tutulmuş nəşrləri öz guşələrində nümayiş etdirdilər.

Yehovanın Şahidlərinin Meksikadakı nümayəndəsi Qamaliel Kamarillo deyir: «Bu dörd gün ərzində bizim guşəni 10 000-dən çox adam ziyarət etdi. Biz bu sərgidə pulsuz olaraq 29 000 nəşr payladıq. Ancaq məqsədimiz təkcə ədəbiyyat paylamaq deyil. Jurnal və kitablarımız hər gün milyonlarla insana fayda verən Müqəddəs Kitabdakı müdrik məsləhətlərə əsasən tərtib edilib».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Meksika: Qamaliel Kamarillo, tel.: +52 555 133 3048