Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

4 NOYABR 2015-Cİ İL
MEKSİKA

Meksika həbsxanalarında Müqəddəs Kitab üzrə maarifləndirmə işi apardıqları üçün Yehovanın Şahidləri mükafata layiq görülüblər

Meksika həbsxanalarında Müqəddəs Kitab üzrə maarifləndirmə işi apardıqları üçün Yehovanın Şahidləri mükafata layiq görülüblər

MEXİKO. Meksikanın Aşağı Kaliforniya ştatının rəsmiləri ştat həbsxanalarında Müqəddəs Kitab üzrə maarifləndirmə işi apardıqları üçün Yehovanın Şahidlərini minnətdarlıq sertifikatı ilə təltif ediblər. Sertifikat ştatın İctimai Təhlükəsizlik İdarəsinin rəisi Daniel De La Rosa Anaya və ştatın Penitensiar Xidmətinin rəisi Xesus Hektor Qrixalva Tapia tərəfindən imzalanıb.

Sertifikatda deyilir: «Ştat rəhbərliyi İctimai Təhlükəsizlik İdarəsinin rəisi vasitəsilə Aşağı Kaliforniya ictimaiyyətinə verdikləri dəstəyə, çəkdikləri zəhmətə və gördükləri işə görə Yehovanın Şahidlərinə öz minnətdarlığını bildirir. Şahidlər məhbuslara həyatlarını yaxşılığa doğru dəyişməyə kömək edirlər. Bunun sayəsində məhbuslar həbsxanadan çıxanda cəmiyyətə asanlıqla yenidən inteqrasiya olurlar».

Mexikalidəki İctimai İslah Mərkəzinin direktoru Xesus Manuel Lopez Moreno.

1991-ci ildə bir məhbusdan müraciət alandan sonra Yehovanın Şahidləri müntəzəm olaraq, Mexikalidəki bir həbsxana da daxil olmaqla, Aşağı Kaliforniyadakı həbsxanalara baş çəkirlər. Şahidlərə verdiyi müsahibədə Mexikalidə yerləşən İctimai İslah Mərkəzinin direktoru Xesus Manuel Lopez Moreno deyir: «Sizin bura gələrək məhbuslara qayğı göstərməyinizin sayəsində biz onlara kömək edirik ki, onlar özlərində güc tapıb: “Biz də insanıq. Biz də hamı kimiyik. Və buradan çıxanda gərək cəmiyyətə yararlı vətəndaş olaq”, — deyə bilsinlər... Dəstəyinizə görə sizə hədsiz minnətdarlığımı bildirirəm».

Yehovanın Şahidlərinin Meksikadakı nümayəndəsi Qamaliel Kamarillo deyir: «Yehovanın Şahidlərinin əsas məqsədi, məhbuslar da daxil olmaqla, hamının Müqəddəs Kitab təlimlərini başa düşməsinə kömək etməkdir. Mexikalidəki yerli yığıncağın verdiyi məlumata görə bu şəhərdəki həbsxanada cəza çəkən ən azı səkkiz məhbus vəftiz edilərək Yehovanın Şahidi olub. Biz fikirləşirik ki, keçmişindən asılı olmayaraq hər kəsin Allahın Kəlamını öyrənməyə haqqı var».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: C. R. Braun, tel.: +1 718 560 5000

Meksika: Qamaliel Kamarillo, tel.: +52 555 133 3048