Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

6 APREL 2016-CI İL
MACARISTAN

Macarıstandakı Xatirə mərkəzində nasist rejimi zamanı edam edilmiş Yehovanın Şahidlərinin şərəfinə xatirə lövhəsi qoyulub

Macarıstandakı Xatirə mərkəzində nasist rejimi zamanı edam edilmiş Yehovanın Şahidlərinin şərəfinə xatirə lövhəsi qoyulub

BUDAPEŞT, Macarıstan. Budapeştdəki Xatirə mərkəzində nasist dövründə əzab çəkmiş dörd Yehovanın Şahidinin şərəfinə xatirə lövhəsi qoyulub. Bu mərasim 11 dekabr 2015-ci il tarixində baş tutub.

II Dünya müharibəsi dövründə nasistlər tərəfindən edam edilmiş dörd Yehovanın Şahidinin xatirə lövhəsi.

Layoş Deli, Antal Höniş, Bertalan Sabo, Yanoş Sjondor adlı bu dörd nəfər Macarıstanın Oxlu Xaç Nasist Partiyası tərəfindən 1945-ci ilin martında II Dünya müharibəsi zamanı əsgərlikdən imtina etdikləri üçün Körmend və Şarvar şəhərlərində ictimai edam edilmişdilər. Xatirə lövhəsində onların adlarının yanından Həvarilərin işləri 5:29 ayəsindəki: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» sözləri yazılıb.

Dr. Çaba Latorkai xatirə lövhəsinin açılış mərasimdə çıxış edir.

Sosial məsələlər üzrə dövlət katibinin müavini Çaba Latorkai çıxışına bu sözlərlə başlamışdı: «Bu lövhə dörd gənc Yehovanın Şahidinin xatirəsinə həsr edilmişdir,.. Yehovanın Şahidi olduqları üçün onlar Allahın “qətl etməyəcəksən” əmrinə sadiq qaldılar və vicdanları yol vermədiyi üçün nə dindaşlarına, nə də başqalarına silah qaldırmadılar».

Açılış mərasimində çıxış edən digər natiq Holokost Xatirə Mərkəzinin direktoru Sabotç Sita demişdi: «Xatirə lövhəsinin açılışı bir qələbədir, çünki Yehovanın Şahidlərinin nasist rejimi zamanı əzab çəkmələri illərlə unudulmuşdu. Edam edilən bu dörd gəncin imanı o qədər çox idi ki, ölümlə üzləşsələr də, sadiq qaldılar. Onlar bizim üçün örnəkdirlər».

Holokost Xatirə Mərkəzinin direktoru Dr. Sabotç Seta xatirə lövhəsini açır.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, Deyvid Semonian, tel.: +1 718 560 5000

Macarıstan: Andras Simon, tel.: +36 1 401 1118