Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

22 SENTYABR 2015-Cİ İL
KANADA

Kanadanın şimal ərazilərindəki rəsmilər Yehovanın Şahidlərinə xüsusi maarifləndirmə kampaniyasına görə minnətdarlıqlarını bildirirlər

Kanadanın şimal ərazilərindəki rəsmilər Yehovanın Şahidlərinə xüsusi maarifləndirmə kampaniyasına görə minnətdarlıqlarını bildirirlər

TORONTO. 2014-cü il sentyabr—oktyabr aylarında Yehovanın Şahidlərinin Kanadadakı filialı tərəfindən Müqəddəs Kitab maarifləndirmə kampaniyası təşkil olunmuşdu. Bu xüsusi kampaniyada təxminən 150 Yehovanın Şahidi iştirak edirdi. Kampaniyanın məqsədi ölkənin 35 ucqar ərazisinə xoş xəbərin çatdırılması idi.

Yehovanın Şahidlərinin təbliğ etdiyi inuitlərin məskunlaşdığı 35 ərazidə 32 000-dən çox insan yaşayır. (Xəritədə sarı rənglə göstərilir.) Kampaniya çərçivəsində iki ərazidə və bir əyalətdə təbliğ edildi. (Yaşıl rənglə göstərilir.)

Şahidlər qruplara bölünmüşdü. Onlar Şimal-Qərbi Ərazilərdəki Aklavikdən Kvebekdəki Kanqiksualudjuaka qədər 3300 kilometr ərazidə yerləşən şəhər və kəndlərə təyin olunmuşdular. Bu kampaniyada iştirak edənlər təyyarə biletləri də daxil olmaqla bütün xərclərini özləri ödəyirdilər. Bəzən biletlərin qiyməti adambaşına bir neçə min dollar olurdu.

Şahidlərin təbliğ etdiyi şəhərlərdən biri Polatuk idi. Əhalisi 300 nəfər olan bu şəhər Bofort dənizinin sahilində, Şimal-Qərbi Ərazilərinin şimalında yerləşir.

Bu kampaniyadan əvvəl Yehovanın Şahidlərinin Rəhbərlik Şurası «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» videosunun inuktitut dilinə tərcümə edilməsini təşkil etmişdi. Kanadada bu dildə təxminən 35 000 adam danışır. İnuktitut Nunavut və Şimal-Qərbi Ərazilərinin rəsmi dilidir.

Aklavikdə məktəb direktoru olan xanım Velma İlasiak Şahidlərin gəlişi barədə belə sözlər demişdi: «Gətirdiyiniz nəşrlər və videolar şagirdlərin çox xoşuna gəldi... Biz artıq “Gənclərin sualları. Praktiki məsləhətlər” kitabının hər iki cildini məktəbimizin yeniyetmələri üçün sifariş etmək istəyirik. Bizə vaxt ayırdığınıza görə çox minnətdarıq».

Şahidlərlə söhbətdən və «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» videosuna baxandan sonra Kvebekin şimalında yerləşən İvucivik şəhərinin meri cənab Peter İyaytuk onlara iki saat ərzində öz maşını ilə ərazini göstərdi. Üstəlik, Şahidlərin geri qayıtdıqları gün onları hava limanına apardı və gəldikləri üçün minnətdarlığını bildirdi.

Yehovanın Şahidi olan Devid Kremor İvucivik şəhərinin meri cənab Peter İyaytuka «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» videosunu göstərir.

Yehovanın Şahidlərinin Kanadadakı rəsmi nümayəndəsi Mateu Rozon deyir: «Yehovanın Şahidləri insanlarla Müqəddəs Kitabı pulsuz müzakirə etməyə şaddırlar. Bu kampaniyada iştirak edənlər vaxtlarının və zəhmətlərinin hədər getmədiyini deyirlər».

İkiaylıq bu kampaniya ərzində Şahidlər 37 000-dən çox ədəbiyyat payladılar. 600-ə yaxın insan isə Müqəddəs Kitabı onlarla müzakirə etmələri üçün Şahidlərin yenidən gəlmələrini istəyirlər.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: C. R. Braun, tel.: +1 718 560 5000

Kanada: Mateu Rozon, tel.: +905 873 4100

 

Kuucuarapik hava limanı, Kvebek

Şahidlərin bir qrupu Hudzon körfəzinin şərq sahilində yerləşən Kuucuarapik şəhərinə gəlir.

Saluit, Kvebek

Əhalisinin sayı 1300-dən çox olan Saluit Kvebekin şimalında yerləşir.

İvucivik, Kvebek

İvucivik də Kvebekin şimalında yerləşir və təxminən 400 nəfər əhalisi var.

İvucivik, Kvebek

İvucivik şəhərinin meri cənab Peter İyaytuk Devid Kremoru şəhərlə tanış edir.

İvucivik, Kvebek

İnuitli bir gənc qız «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» videosuna baxır.

Polatuk, Şimal-Qərbi Ərazilər

Əhalisi təxminən 300 nəfər olan bu şəhərcik Bofort dənizinin sahilində yerləşir.

Umiucaq, Kvebek

Bir inuitli cütlük Müqəddəs Kitab haqqında söhbət etmək üçün Yehovanın Şahidi olan Julyen Pinarı evlərinə dəvət edib. Bu şəhərdə təxminən 450 nəfər yaşayır.

Umiucaq, Kvebek

Kvebekin şimalında yerləşən bu şəhərin sakinləri ora gələn Yehovanın Şahidlərindən biri Roksana Pinarla (sağda) şəkil çəkdirirlər.

Puvirnituk, Kvebek

Kvebekin şimalındakı bu kənddə təxminən 1700 nəfər yaşayır.