Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Honduras

14NW132W

14NW132W

2014-cü il oktyabrın 31-i səhər radələrində Hondurasda sərnişin avtobusu qəzaya uğrayıb. Avtobusda 57 nəfər Yehovanın Şahidi olub. Onlar San-Karlosdan (Çoloma) Las-Floresə (Lempira) Müqəddəs Kitabı maarifləndirmə məqsədilə gedən könüllülər idi. Qəza nəticəsində avtobusun sürücüsü və 13 nəfər Yehovanın Şahidi həyatını itirib. 13 nəfərdən ikisi 14 yaşlı, biri isə 8 yaşlı qız uşağı olub. Xəsarət almış qalan 44 nəfər tibbi müayinə üçün xəstəxanaya aparılıb. Onlardan yalnız ikisinin ciddi tibbi yardıma ehtiyacı olub, ancaq hal-hazırda xəstəxanadan evə buraxılıblar. Həmimanlıları onlara təsəlli verir və kömək edirlər. 2014-cü il noyabrın 1-də Çolomada mərhumlardan doqquzunun dəfn mərasimi keçirilib. Mərasimdə 3000 nəfər iştirak edib.

Yehovanın Şahidlərinin Hondurasdakı nümayəndəsi Xose Kastilyo demişdi: «Biz bu faciə nəticəsində zərər çəkənlərin köməyinə gələn yerli əhaliyə və orqanlara ürəkdən minnətdarıq».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Honduras: Xose Kastilyo Adriano, tel: +504 9998 0895

Meksika: Qamaliel Kamarillo, tel.: +52 555 133 3048