Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

14 NOYABR 2013-CÜ İL
FİLİPPİN

Supertayfun «Haiyan» Filippinin mərkəzi bölgələrində fəlakətə səbəb olub

Supertayfun «Haiyan» Filippinin mərkəzi bölgələrində fəlakətə səbəb olub

MANİLA, Filippin. 2013-cü il noyabrın 8-də Filippini öz cənginə alan supertayfun «Haiyan» (Filippində «Yolanda» adı ilə tanınır) böyük dağıntılar yaradan qasırğaya səbəb olmuşdur.

2013-cü il noyabrın 13-dək Yehovanın Şahidlərinin Maniladakı filialının verdiyi məlumatlara görə, 27 Şahid həyatını itirib. Onlara məxsus 100-dən çox ev və 5 ibadət yeri uçub.

Yehovanın Şahidlərinin Bruklindəki baş idarəsində fəaliyyət göstərən Rəhbərlik Şurası müxtəlif ölkələrdən gəlib fəlakətin aradan qaldırılmasında iştirak edən könüllülərin işinə nəzarət edir. Filippindəki filial ziyan dəymiş əraziyə ərzaq, içməli su, dərman preparatları və digər zəruri əşyalar göndərir. Bazar günü, noyabrın 10-u həmin ərazilərə 10-a yaxın avtofurqonla humanitar yardım çatdırılmışdır. Növbəti gün isə daha bir neçə yük maşını ilə yardım göndərilmişdi.

Zərər dəymiş rayonlar 2013-cü il oktyabrın 15-də baş verən və 218 adamın həyatına son qoyan 7,2 bal gücündəki zəlzələnin nəticələrindən hələ özünə gəlməyə macal tapmamışdı. Xəbər verildiyi kimi, bu güclü zəlzələ nəticəsində 3 Yehovanın Şahidi ölmüşdü: onlardan biri torpaq sürüşməsi zamanı, digər iki nəfər isə uçan evlərinin altıda qalaraq ölmüşdü. Zəlzələdən əvvəl, 2013-cü il oktyabrın 12-də Filippində, ən azı, 13 insanın həyatına son qoyan «Nari» tayfunu baş vermişdi.

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası ümumdünya Padşahlıq işinə ianə edilən vəsaitlərin hesabına humanitar yardımın xərclərini ödəyir. Bundan əlavə, Rəhbərlik Şurası görülməli olan işləri müəyyən edir və müxtəlif filiallardan lazımi ixtisasa sahib olan könüllüləri həmin əraziyə göndərir ki, yerli hakimiyyət nümayəndələri və digər təşkilatlarla əməkdaşlıq edərək fəlakətin aradan qaldırılmasına yardım etsinlər.

Filippindəki Yehovanın Şahidlərinin nümayəndəsi Din Ceysek demişdi: «Biz hamımız bu təbii fəlakətlərin səbəb olduğu insan tələfatına görə dərin kədər içindəyik. Təbii fəlakətin miqyası böyük olduğuna görə insanlar böyük emosional sarsıntı keçirirlər və onların təsəlli və dəstəyə ehtiyacı var. Dostlarımıza və digər insanlara maddi və ruhani kömək göstərmək üçün əlimizdən gələni əsirgəmirik».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: 1 718 560 5000

Filippin: Din Ceysek, tel.: +63 2 411 6090