Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

20 NOYABR 2013-CÜ İL
ERMƏNİSTAN

Ermənistan həbsxanadakı bütün Yehovanın Şahidlərini azadlığa buraxdı

Ermənistan həbsxanadakı bütün Yehovanın Şahidlərini azadlığa buraxdı

YEREVAN, Ermənistan. 12 noyabr 2013-cü ildə Ermənistan hərbi xidmətdən imtina etdikləri üçün həbs edilən Yehovanın Şahidlərindən son 14 nəfəri də azad etdi. Ümumilikdə, oktyabrın 8-dən bu yana etiqadlarına görə hərbi xidmətdən imtina edən 28 Yehovanın Şahidi azadlığa buraxılıb. Baş verənlər Ermənistan hökumətinin etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin hüquqlarına məhəl qoymamaq siyasətini dəyişdirdiyini göstərir. Bu siyasət ucbatından 20 il ərzində 450-dən çox gənc Yehovanın Şahidi həbs edilmişdi. 1993-cü ildən bu yana ilk dəfədir ki, 1993-cü ildən bu yana ilk dəfədir ki, etiqadlarına görə hərbi xidmətdən imtina etdiyi üçün heç bir Yehovanın Şahidi həbs olunmayıb.

12 noyabrdan əvvəl, oktyabrın 8-i və 9-u cəza müddətini 6 ay azaldan qanuna əsaslanaraq, səkkiz Yehovanın Şahidi azad edilmişdi. Daha 6 nəfər isə oktyabrın 24-ü azadlığa buraxıldı. Həmin 6 nəfər Ermənistanın 2013-cü il iyunun 8-i alternativ mülki xidmət qanununa etdiyi dəyişikliklərdən yararlanan ilk şəxslərdir. Bu dəyişikliklər sayəsində artıq etiqadlarına görə hərbi xidmətdən imtina edənlər həbs olunmayacaq; indi onlar hərbi qüvvələrin nəzarəti altında olmayan alternativ xidmət üçün ərizə ilə müraciət edə bilərlər.

Bu yeni proqram üçün 90-dan çox Yehovanın Şahidi müraciət edib. 2013-cü il 23 oktyabr və 12 noyabr tarixlərində Ermənistan Respublika Komissiyası 71 gəncin müraciətinə baxıb təsdiqlədi. Komissiya qalan ərazilərə də qısa vaxt ərzində baxacağını bildirmişdi.

Yehovanın Şahidlərinin Nyu-Yorkda yerləşən ümumdünya baş idarələrindəki media nümayəndəsi Devid Simonian bu haqda demişdi: «Biz çox şadıq ki, Ermənistan hökuməti bu gəncləri azad etdi və uzun müddət davam edən bu problem artıq öz həllini tapmaqdadır».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, Devid Simonian, tel.: +1 718 560 5000

Ermənistan: Tiqran Harutyunyan, tel.: +374 93 900 482