Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

3 DEKABR 2014-CÜ İL
DANİMARKA

Danimarkada qansız cərrahiyyənin inkişafına Yehovanın Şahidlərinin töhfəsi

Danimarkada qansız cərrahiyyənin inkişafına Yehovanın Şahidlərinin töhfəsi

KOPENHAGEN, Danimarka. Danimarkanın aparıcı kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, Paytaxt Regionu (Hovedstaden) həkimləri qandan istifadəyə yeni yanaşma tətbiq etməyə başlayıb. «Kristelikt Dakblad» adlı qəzetdə deyilir: «Aşkar olunub ki, əksər xəstələri donor qanı köçürmədən müalicə etmək mümkündür» (Kristeligt Dagblad). Qəzetdə həmçinin deyilir ki, «qansız cərrahiyyənin tətbiq olunmasına səbəb Yehovanın Şahidləri olub». Danimarkadakı 14 000 nəfər də daxil olmaqla, bütün dünyada 8 000 000-dan çox Yehovanın Şahidi dini etiqadlarına görə qanköçürməni istisna edən ən keyfiyyətli müalicəyə üstünlük verirlər.

Dünyada adambaşına ən çox Danimarka xəstəxanalarında donor qanı istifadə edilir, hətta bütün Avropa xəstəxanalarından 50—100 faiz çox. «Politiken» xəbər saytının «Qansız cərrahiyyə geniş yayılır» adlı məqaləsində deyilir: «Yehovanın Şahidləri həkimlərin», adətən, qan köçürməklə həyata keçirilən müalicələr üçün «alternativ üsullar axtarıb tapmasına səbəb olur». Bəzi həkimlər Yehovanın Şahidi olan pasientlərini müalicə edəndə qan itkisinin qarşısını alan üsullardan istifadə edirlər. Məsələn, əməliyyatdan öncə eritropoietindən, dəmirdən, B kompleks vitaminlərdən, əməliyyatdaxili isə antifibrinolitik preparatlardan istifadə edirlər. «Kopenhagen Post» qəzetində qeyd olunur ki, «hər il Orhus Universitet Xəstəxanasında (Skejbi) 5—10 Yehovanın Şahidi» donor qanı istifadə etmədən «ağır ürək əməliyyatı keçirir».

Rikshospitalet yüksək ixtisaslaşmış xəstəxanadır və tibb sahəsində Danimarkanın ən böyük təhsil ocaqlarından biridir. Bu xəstəxana 2009-cu ildə Paytaxt Regionu (Hovedstaden) üçün qandan istifadə ilə bağlı proqramı təsis etmişdir.

Danimarkanın səhiyyə işçiləri qanköçürmənin riskli olduğunu sübut edən halların artığını qəbul edirlər. 2009-cu ildə Rikshospitalet (Kopenhagen) xəstəxanası qandan istifadə ilə bağlı bir proqram hazırlayıb həyata keçirmişdi. «Berlinkske» qəzetində xəbər verilir ki, proqrama əsasən, xəstəxana donor qanının istifadəsini kifayət qədər azaltmış və nəticədə, xəstələrin «ağırlaşma və ölüm halları azalmışdır». Paytaxt Regionundakı (Hovedstaden) xəstəxanaların əksəriyyəti də bu proqrama qoşulub. Digər regionlardakı xəstəxanalar da bunu etməyi planlaşdırır.

«Berlinkske» qəzetinin məlumatına əsasən, Rikshospitalet xəstəxanasının qan bankının direktoru alim-həkim Morten Hansen Danimarkanın donor qanının istifadəsini xeyli dərəcədə azaltmasını «pasientlərə sözün əsil mənasında fayda gətirən əhəmiyyətli bir addım» adlandırmışdır. Bundan əlavə, «Danimarka radiosu» və «Kristelikt Dakblad» qəzeti sonda Rikshospitalet xəstəxanasının müdiri həkim Astrid Norqardın bu sözlərini sitat gətirir: «Yehovanın Şahidləri olmasaydı, qansız cərrahiyyə bugünkü səviyyəyə gəlib çatmazdı».

Əlaqə üçün:

Beynəlxalq: C. R. Braun, məlumat xidməti, tel.: +1 718 560 5000

Danimarka: Erik Yorqensen, tel.: +45 59 45 60 00