Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

15 AVQUST 2012-Cİ İL
DÜNYADAN XƏBƏRLƏR

Saytımız yeniləndi

Saytımız yeniləndi

Son bir neçə ay ərzində Nyu-Yorkda (ABŞ) 40 nəfər Yehovanın Şahidindən ibarət qrup Bədii tərtibat şöbəsi və Yazı şöbəsi ilə birlikdə jw.org saytının yeni tərtibatı üzərində iş aparırdılar. Məqsəd — saytı həm kompyuterdə, həm də mobil cihazlarda görünüşcə daha gözəl, eyni zamanda istifadədə rahat etmək idi. Üstəlik, saytı yeni tərtibatda hazırlamaqla onlar iki məqsədə can atırdılar.

1. Saytlarımızı birləşdirmək. Yehovanın Şahidlərinin üç saytı bir — www.jw.org saytı altında birləşdiriləcək. Digər iki — www.watchtower.org və www.jw-media.org saytları ləğv ediləcək. Bunun sayəsində Yehovanın Şahidləri ilə bağlı hər hansı məlumatı axtaran insanlar bir mənbədən istifadə edə biləcəklər. Məsələn, siz saytdan bir çox dillərdə Müqəddəs Yazıları və ona əsaslanan ədəbiyyatı oxuya, qulaq asa, eləcə də sizi maraqlandıran materialı çap edə bilərsiniz.

2. Əlavə məlumat vermək. Yenilənmiş saytda Müqəddəs Yazılara aid qısa cavablar verilir, eləcə də Yehovanın Şahidlərinin müjdəçilik fəaliyyəti, filialları, Padşahlıq zalları və vilayət konqresləri haqqında məlumatlar gətirilir. «Xəbərlər» bölməsində Yehovanın Şahidləri ilə əlaqədar dünyada baş verən hadisələr haqqında xəbərlər verilir. Saytda həmçinin ailələr, yeniyetmələr və uşaqlar üçün interaktiv tapşırıqlar da yer alır.

İnternetə 430 dildə qoyulan Yehovanın Şahidlərinin ədəbiyyatlarını hər gün, orta hesabla, bir neçə yüz min adam açıb oxuyur. Sayt istifadəçiləri demək olar ki, yarım milyona qədər fayl yükləyirlər: audio, EPUB, PDF-formatda, eləcə də müxtəlif jest dillərində video-fayllar yükləyirlər. Hər gün yüz nəfər Müqəddəs Yazıları öyrənmək xahişi ilə müraciət edir.