Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

4 MAY 2016-CI İL
DÜNYADAN XƏBƏRLƏR

Sədaqət — Yehovanın Şahidlərinin 2016-cı ildə keçiriləcək regional toplantısının mövzusu

Sədaqət — Yehovanın Şahidlərinin 2016-cı ildə keçiriləcək regional toplantısının mövzusu

NYU-YORK. Yehovanın Şahidləri hər kəsi bu il keçirilən «Yehovaya sadiq qalın!» adlı regional toplantıya dəvət edirlər. Bu regional toplantı sezonunun açılışı cümə günü, 20 may tarixində olacaq. Toplantı ABŞ-da və dünyanın digər ölkələrində keçiriləcək. Giriş pulsuzdur.

Bu üçgünlük toplantıda sədaqət haqda 49 məruzə söylənəcək. Bundan əlavə, Yehovanın Şahidləri bu toplantı üçün 35 videoçarx hazırlayıb. Həmçinin şənbə və bazar günü toplantıda iki film nümayiş ediləcək. Hər gün səhər və günorta proqramında toplantı üçün hazırlanmış musiqili video göstəriləcək.

Həmişə olduğu kimi, Yehovanın Şahidləri insanları toplantıya dəvət etmək üçün xüsusi dəvətnamələr paylayacaqlar. Hər toplantının vaxtını və yerini Yehovanın Şahidlərinin rəsmi saytı olan jw.org saytından öyrənə bilərsiniz. Jurnalistlər daha çox məlumat almaq üçün, həmçinin bu toplantı haqda xəbər hazırlamaq üçün Yehovanın Şahidlərinin yaxınlıqdakı filialına müraciət edə bilər.

Yehovanın Şahidlərinin Bruklindəki (Nyu-York) baş idarəsinin nümayəndəsi Devid Semonian deyir: «Biz inanırıq ki, sağlam münasibətlər qurmaq üçün sədaqət önəmlidir. Toplantımızın builki mövzusu insanlara hamı ilə, dostları, ailə üzvləri, eləcə də Allahla münasibətlərini möhkəmləndirməyə kömək edəcək. Əminik ki, bu toplantı iştirak edən hər kəsin ürəyincə olacaq».

Əlaqə üçün:

Məlumat xidməti: Devid Semonian, tel.: +1 718 560 5000