Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

1 AVQUST 2014-CÜ İL
DÜNYADAN XƏBƏRLƏR

Yehovanın Şahidləri dünyada ən çox dilə tərcümə edilmiş JW.ORG saytının reklam kampaniyasına başlayırlar

Yehovanın Şahidləri dünyada ən çox dilə tərcümə edilmiş JW.ORG saytının reklam kampaniyasına başlayırlar

NYU-YORK. 2014-cü il avqustun 1-i Yehovanın Şahidləri «Həyati vacib suallara kim cavab verə bilər?» adlı yeni bukleti paylamaq üzrə ümumdünya kampaniyaya start verirlər. Bir ay davam edəcək bu kampaniyanın məqsədi ictimaiyyətin diqqətini özlərinin rəsmi jw.org saytına cəlb etməkdir. Sayt təxminən 500 dilə tərcümə olunub, lakin ədəbiyyatları 700-ə yaxın dildə yükləmək olar. Məhz buna görə jw.org saytı dünyada ən çox dilə tərcümə edilmiş sayt hesab olunur.

Hər gün jw.org saytına milyon dəfədən çox daxil olunur. Saytda hər yaşda, mədəniyyətdə və şəraitdə yaşayan insanlar üçün faydalı məsləhətlərlə zəngin olan məqalə və videolar tapmaq olar. Belə videoçarxlardan biri «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlanır və ona yeni bukletdəki QR kodu skan etməklə baxmaq olar. Müqəddəs Kitabı öyrənməyin praktiki faydasını göstərən bu videoçarx real həyatdan götürülən kadrlardan və animasiya elementlərindən ibarətdir. Hal-hazırda bu çarx 450-dən çox dilə tərcümə edilib və 2013-cü il noyabrın 18-də sayta qoyulan gündən təxminən 4 milyon dəfə yüklənib.

Yehovanın Şahidlərinin baş idarədəki (Bruklin, Nyu-York) nümayəndəsi C. R. Braun deyir: «Bu kampaniya hamımızı heyrətə gətirir. Dünyada səkkiz milyona yaxın Yehovanın Şahidi var və biz hamımız insanlara bu sayt haqda danışacağıq. Çox güman ki, bu, təşkilatımızın tarixində ən irimiqyaslı kampaniya olacaq».

Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Cefri Cekson qeyd edir: «jw.org iki il bundan əvvəl işıq üzü görən gündən bəri bütün dünyada yaşayan insanlar üçün çox dəyərli məlumat mənbəyinə çevrilib. Saytda uşaqlara təlim verməkdə kömək edən videolar və bütün ailəniz üçün faydalı məqalələr tapa bilərsiniz. Üstəlik, Müqəddəs Kitabı da onlayn oxuya bilərsiniz. Biz istəyirik ki, bu sayt mümkün qədər çox insana fayda gətirsin. Məhz bu səbəbdən bu kampaniyanı keçirtmək qərarına gəldik».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000