Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

30 APREL 2015
DÜNYADAN XƏBƏRLƏR

May ayından etibarən Yehovanın Şahidlərinin 2015-ci il regional toplantılar mövsümü başlayır

May ayından etibarən Yehovanın Şahidlərinin 2015-ci il regional toplantılar mövsümü başlayır

NYU-YORK. Yehovanın Şahidləri mayın 22-dən Birləşmiş Ştatlarda 2015-ci il regional toplantılar mövsümünə başlayır. «Məsihdən örnək alın!» adlı regional toplantı dünya miqyasında 2016-cı ilin yanvar ayına kimi davam edəcək. Hər böyük toplantının ərazisində yerli Şahidlər üç həftə ərzində kampaniya keçirərək insanları pulsuz proqramda iştirak etməyə dəvət edəcəklər.

Yehovanın Şahidlərinin Bruklindəki baş idarəsinin nümayəndəsi C. R. Braun deyir: «Builki regional toplantı İsa Məsihi dünyaca tanınmış şəxsiyyət, eləcə də hər yaşdan, mənşədən, mədəniyyətdən olan insanlara gözəl örnək kimi təqdim edəcək. Biz inanırıq ki, İsanın həyatında baş vermiş əhəmiyyətli hadisələrin başqa yöndən işıqlandırılması insanlara zövq verəcək. Bu ilki toplantıda gündəlik həyatımızda İsa Məsihdən necə örnək ala biləcəyimizi göstərən mənalı və maraqlı videolar interaktiv yanaşmayla nümayiş etdiriləcək».

«Məsihdən örnək alın!» adlı regional toplantının dəqiq vaxtını və yerini bilmək üçün Yehovanın Şahidlərinin jw.org rəsmi saytına daxil olun. Eləcə də böyük toplantı haqda reportaj hazırlamaq istəyən jurnalistlər Yehovanın Şahidlərinin ən yaxın filialı ilə əlaqə saxlayaraq yerli media nümayəndəsinin də adı daxil olmaqla əlavə məlumat ala bilərlər.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000