Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

20 MART 2014-CÜ İL
DÜNYADAN XƏBƏRLƏR

Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Qay Pirs vəfat edib

Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Qay Pirs vəfat edib

NYU-YORK. Yehovanın Şahidlərinin Bruklində (Nyu-York) yerləşən ümumdünya baş idarəsində Rəhbərlik Şurasının üzvü kimi xidmət edən Qay Pirs çərşənbə axşamı, 18 mart tarixində 79 yaşında vəfat edib.

Qay Pirs Yehovanın Şahidlərinin fəaliyyətinə və Müqəddəs Kitab üzrə ümumdünya maarifləndirmə işinə nəzarət edən müxtəlif komitələrdə xidmət edirdi. Bu səbəbdən o, çox vaxt işgüzar səfərlərdə olurdu və fürsətdən istifadə edərək getdiyi hər yerdə iman bacı-qardaşlarına ürək-dirək verirdi. İşi çox olsa da, ona kömək və məsləhət üçün müraciət edənlərə həmişə vaxt tapırdı. Mehriban təbəssümü və yumor hissi sayəsində insanlar özlərini onun yanında çox rahat hiss edirdilər. Yaxınları fikir vermişlər ki, o, milliyətindən asılı olmayaraq, hamını özünə çəkirdi. Tammüddətli xidmətçilərin buraxılış proqramında Qay Pirs demişdi: «Salehlik prinsiplərinə riayət etməkdə qəti olun, lakin eyni zamanda vəziyyəti də nəzərə alın. Sadəcə sizinlə eyni mədəniyyətdən olmadıqlarına görə təyinatınızda qarşılaşacağınız insanlara yuxarıdan aşağı baxmayın». O, özü də bu sahədə gözəl nümunə idi.

Qay Pirs 1934-cü il noyabrın 6-da Kaliforniya ştatının Obern şəhərində dünyaya göz açıb. 1955-ci il avqustun 14-ü 20 yaşında Yehovanın Şahidi kimi vəftiz olunub. 1977-ci il mayın 30-u həmimanlısı Penelopa (Penni) Vonqla ailə həyatı qurub. Onların uşaqları dünyaya gəldi. Onların hər ikisi də vaxtlarının böyük hissəsini Müqəddəs Kitab üzrə maarifləndirmə işinə həsr etmişdi (Yehovanın Şahidləri arasında «daimi pioner» deyilir). Bir müddət sonra Qay Pirs səyyar xidmətçi oldu: o, Yehovanın Şahidlərinin Birləşmiş Ştatlardakı yığıncaqlarına baş çəkir, yığıncaq üzvlərinə və digər tammüddətli xidmətçilərə ürək-dirək verir, ruhlandırırdı. 1997-ci ildə həyat yoldaşı ilə birgə Yehovanın Şahidlərinin ABŞ-dakı filialında xidmət etməyə dəvət edildi. 1999-cu il oktyabrın 2-si Qay Pirs Rəhbərlik Şurasının üzvü elan edildi.

Qay Pirs 2013-cü il oktyabrın 5-i və 6-sı keçirilən Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) 129-cu illik görüşünə sədrlik etmişdi. İstər İnternet yayım, istərsə də canlı şəkildə proqramı 31 ölkədə 1 413 676 insan dinləmişdi. Yehovanın Şahidlərinin rəsmi veb-saytının məlumatına görə, bu, həmin tarixədək Yehovanın Şahidlərinin keçirdiyi ən böyük görüş idi.

Onun ailə üzvlərindən həyatda qalan yoldaşı Penni, altı övladı və nəvə-nəticələridir. O, özünə ailə bildiyi bütün dünyadakı Yehovanın Şahidlərinin yaddaşında xoş xatirələrlə qalıb.

Rəhbərlik Şurasında çiyin-çiyinə birgə xidmət etdiyi əməkdaşları onun barəsində belə demişdilər: «Onun yer üzündə olarkən yaddaşımıza həkk etdiyi cəsarət və sədaqət nümunəsi bundan sonra da bizi möhkəmləndirəcək».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000