Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

25 FEVRAL 2016-CI İL
DÜNYADAN XƏBƏRLƏR

Yehovanın Şahidləri İsa Məsihin ölümünü anma mərasimi ilə əlaqədar bütün dünyada dəvətnamə paylayır

Yehovanın Şahidləri İsa Məsihin ölümünü anma mərasimi ilə əlaqədar bütün dünyada dəvətnamə paylayır

Anma mərasimində Müqəddəs Kitaba əsaslanan məruzə söylənəcək

NYU-YORK. Şənbə günü, fevralın 27-si Yehovanın Şahidləri dünyada ilin ən vacib hadisəsi hesab etdikləri İsa Məsihi anma mərasiminə dəvət kampaniyasına başlayacaqlar. Bu mərasim martın 23-nə düşür. Yehovanın Şahidlərinin Nyu-Yorkdakı baş idarəsinin nümayəndəsi Deyvid Semonian deyir: «Mərasimdə təxminən iki min il bundan qabaq İsa Məsihin nəyə görə öldüyü və onun ölümünün hansı mənada gələcəyə ümid verdiyi açıqlanacaq. İstəyirik ki, bu mərasimdə təqdim olunacaq ruhani təlimdən mümkün qədər çox insan yararlansın».

Bu kampaniya ilə əlaqədar dünyanın dörd bir yanında təxminən səkkiz milyon Yehovanın Şahidi insanları bu mərasimdə iştirak etməyə dəvət edəcək. Ötən il İsa Məsihi anma mərasimində 20 milyona yaxın insan iştirak etmişdi.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, Deyvid A. Semonian, tel.: +1 718 560 5000