Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

8 İYUL 2013-CÜ İL
DÜNYADAN XƏBƏRLƏR

Mərkəzi Avropada daşqınlar

Mərkəzi Avropada daşqınlar

İyulun əvvəlində Mərkəzi Avropada yağan leysan yağışları Avstriya, Çexiya Respublikası, Almaniya, Macarıstan, Slovakiya və İsveçrədə daşqınlara səbəb olmuşdu. Ən azı 20 nəfər həyatını itirmiş, 100 000-ə yaxın insan isə zərər dəymiş ərazilərdən evakuasiya edilmişdi. Son məlumatlara görə, Yehovanın Şahidlərindən heç kim ölməyib və heç kəsə ciddi xəsarət dəyməyib. Bununla belə, Almaniyada 100 Şahid və Çexiyada 10-a yaxın ailə yaşayış yerini tərk etməli olub. Onlardan bəziləri qohumları, bəziləri isə həmimanlılarıgildə qalırlar. Biri Almaniyada, o birisi isə Avstriyada olan iki Padşahlıq zalımız uçub. Yerli ağsaqqallar zərərçəkənlərə maddi və ruhani köməyin göstərilməsini təşkil etmişlər.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel. +1 718 560 5000

Almaniya: Volfram Slupina, tel. +49 6483 41 3110

Slovakiya: Rastislav Eliaş, tel. +421 2 49107611