Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

15 YANVAR 2013-CÜ İL
CƏNUBİ KOREYA

Cənubi Koreya: BMT-nin İnsan Haqları üzrə Komitəsinin qərarı

Cənubi Koreya: BMT-nin İnsan Haqları üzrə Komitəsinin qərarı

2012-ci il oktyabrın 25-də BMT-nin İnsan Haqları üzrə Komitəsi dini etiqadlarına görə hərbi xidmətdən imtina edən 388 Yehovanın Şahidinin hüquqlarını pozduğu üçün Cənubi Koreyanın müvafiq təzminat ödəməsi barədə qərar çıxarıb. Bundan əlavə, Komitə Cənubi Koreyadan onların üzərindən məhkumluğun götürülməsini tələb etdi. Bu qərar hərbi xidmətdən imtina etdiklərinə görə həbs cəzası kəsilən 100 nəfər koreyalı Şahidin xeyrinə çıxarılan eyni, 2011-ci il 24 mart tarixli qərarın qüvvəsini artırır. Yehovanın Şahidlərinin nümayəndəsi De İl Honq qeyd edir: «Bu qərarlar Cənubi Koreyanı hal-hazırda həbsxanada olan 733 gənc Yehovanın Şahidini azadlığa buraxmağa təşviq etməlidir».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel. +1 718 560 5000

Koreya Respublikası: De İl Honq, tel.: +82 10 3951 0835