Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

5 AVQUST 2013-CÜ İL
BİRLƏŞMİŞ ŞTATLAR

Yehovanın Şahidləri Uorvikdə yeni ümumdünya baş idarələrinin tikintisinə başladılar

Yehovanın Şahidləri Uorvikdə yeni ümumdünya baş idarələrinin tikintisinə başladılar

NYU–YORK. Yerli dövlət məmurları mühüm sənədi təsdiq etdikdən sonra 2013-cü il iyulun 29-u, bazar ertəsi Yehovanın Şahidləri rəsmi olaraq Uorvikdə yeni baş idarələrinin tikintisinə başladılar.

Çərşənbə günü, iyulun 17-də Uorvik Şəhərsalma və Arxitektura Komitəsi Yehovanın Şahidlərinin ümumdünya baş idarəsinin yeni torpaq sahəsində obyektlərin yerləşdirilməsi ilə bağlı planı yekdilliklə təsdiq etdi. Tikintiyə başlamaq üçün icazə almazdan öncə təsdiq edilməli olan son sənəd bu idi. Bu sənəd Şahidlərin həmin ərazini almalarından düz 4 il sonra, 17 iyul 2009-cu il tarixində təsdiq edildi. İyulun 26-sı, cümə günü tikintiyə başlamaq üçün ilk icazə alındıqdan sonra ayın 29-u tikintiyə hazırlıq və təməlqazma işlərinə başlanıldı.

Şahidlərin hazırladığı tikinti planında təbiətin imkanlarından yararlanmaq nəzərdə tutulmuşdu, bu amil Şəhərsalma və Arxitektura Komitəsinin tikinti planını yekdilliklə təsdiq etməsində mühüm rol oynamışdı. Məsələn, təbiəti qorumaq üçün görüləcək işlərdən biri eroziya-nəzarət çəpərinin çəkilməsidir. Bu çəpər həm də zınqırovlu ilan kimi heyvanları tikinti sahəsindən uzaq tutaraq vəhşi təbiəti qorumağa xidmət edəcək.

Yehovanın Şahidlərinin nümayəndəsi Riçard Divayn deyir: «Uorvik şəhərinin məmurları ilə birgə layihənin irəliləməsində əməkdaşlıq etmək bizim üçün çox xoşdur. Şəhərsalma və Arxitektura Komitəsinin tikinti planını təsdiqləməsi ümumdünya baş idarəmizin Bruklindən Uorvikə köçürülmə işlərinin irəliləməsində böyük rol oynayır». Tikinti komitəsinin digər üzvü olan Enrike Ford əlavə edir: «İyul ayında tikinti planının təsdiqlənməsi və xüsusi icazənin alınması hədəfimizə doğru — dörd ilə tikinti layihəsini başa çatdırmaq üçün cədvəl üzrə atılan ilk vacib addım idi».

Bu əmlak 1960—1987-ci illərdə Beynəlxalq Nikel Şirkətinə məxsus olub və şirkətin baş idarəsi, eləcə də tədqiqat və inkişaf mərkəzi kimi fəaliyyət göstərmiş, həmçinin müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. Dörd il istifadəsiz qaldıqdan sonra ərazini tələbə şəhərciyi etmək üçün Kral Kolleci aldı. Amma bu layihə həyata keçirilmədi. Ərazi 2009-cu ilə kimi, yəni Yehovanın Şahidləri alana kimi təxminən 20 il istifadəsiz qaldı.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000