Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

10 İYUL 2013-CÜ İL
BİRLƏŞMİŞ ŞTATLAR

Yehovanın Şahidləri Bruklindəki binaların satışı ilə bağlı saziş imzalayıblar

Yehovanın Şahidləri Bruklindəki binaların satışı ilə bağlı saziş imzalayıblar

NYU-YORK, BRUKLİN. 2013-cü il 5 iyul tarixində Yehovanın Şahidləri vaxtilə çap işində istifadə olunan 5 binadan ibarət kompleksin və 30 mərtəbəli yaşayış binasının «RFR» və «Kushner» şirkətlərinə satışı ilə bağlı saziş imzalayıblar. Kompleks binaların boşaldılmasına bu ilin avqust ayında başlanacaq. Yaşayış binası isə 2017-ci ildə boşaldılacaq.

Yehovanın Şahidlərinin media nümayəndəsi qeyd etmişdir: «Bir çox Nyu-York sakinlərinin, eləcə də Bruklin körpüsündən keçən şəhərin qonaqlarının bu binaların üzərindəki “Allahın Kəlamı olan Müqəddəs Kitabı hər gün oxuyun”, həmçinin “Gözətçi qülləsi” və “Oyanın!” jurnallarını oxuyun” yazılarını görmək imkanı var. Uzun illər ərzində bu binalarda görülən işlər təşkilatımızın tarixinin vacib hissəsidir». Beş binadan ibarət bu kompleksdə 77 il ərzində bir çox dillərdə Müqəddəs Kitab və ona əsaslanan nəşrlər çap edilirdi. Kompleksin ilk binası 1927-ci ildə alınmışdı, 1937-ci ildən etibarən isə ona digər binalar da əlavə edilmişdi. Yaşayış binasında yaşayan minə yaxın insan binanı tərk etmədən çapxanaya işə gedə bilirdi.

Yehovanın Şahidləri bu binaları baş idarənin Nyu-York ştatının digər rayonuna köçürülməsi ilə əlaqədar satırlar. Köçürülmə işləri 2004-cü ildə, ABŞ-dakı çapxana, cildləmə və göndərmə şöbələrinin Uolkillə (Nyu-York ştatı) köçürülməsi ilə başlamışdı. Hal-hazırda Şahidlər ümumdünya baş idarələrini Uorvikə köçürməyi planlaşdırırlar. Yeni kompleksin tikintisinə bu il start verilməlidir.

Yehovanın Şahidlərinin media nümayəndəsi əlavə edir: «Bruklinlə bağlı olan tarixi mirasımız bizim üçün çox əzizdir. Bu binalarda bütün dünyada insanlara fayda gətirən Müqəddəs Kitab ədəbiyyatları nəşr edilirdi. Ümidvarıq ki, Uorvikdəki yeni komplekslər Müqəddəs Kitab üzrə ümumdünya maarifləndirmə işimizin irəliləməsinə xidmət edəcək».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000