Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

5 AVQUST 2016-CI İL
BİRLƏŞMİŞ ŞTATLAR

Yehovanın Şahidləri Bruklindəki baş idarələrinin satışını tamamlayır

Yehovanın Şahidləri Bruklindəki baş idarələrinin satışını tamamlayır

NYU-YORK. 3 avqust 2016-cı il tarixində Yehovanın Şahidləri Bruklindəki Kolumbiya Hayts 25/30 ünvanındakı keçmiş baş idarələrinin satışını tamamladı. Baş idarənin «Kushner» və «LIVWRK» şirkətlərinə satılması Yehovanın Şahidlərinin baş idarəsinin yeni tikilmiş Uorvik kompleksinə köçürülməsi üçün atılmış böyük addımdır.

Bu ərazi təxminən 68 000 m2-dir. Ərazi haradasa iki şəhər kvartalını əhatə edir və tarixi Bruklin Hayts, Fulton Ferri və Dambo rayonları arasında yerləşir. Satışa həmçinin Kolumbiya Hayts 25/30 ünvanına daxil olan Kolumbiya Hayts 50, Kolumbiya Hayts 58 və Furman strit 55-də yerləşən üç bina da daxildir. Bruklin körpüsünün yaxınlığında yerləşən bu binalar körpüdən əvvəl tikilmişdir.

Kolumbiya Hayts 50 və Kolumbiya Hayts 58

Furman Strit 55

Kolumbiya Hayts 25/30-dakı əmlak əvvəllər «E.R. Skuibb və oğulları» («E.R. Squibb & Sons») əczaçılıq şirkətinə məxsus olub. İndi bu şirkət «Bristol Mayers Skuibb» («Bristol-Myers Squibb») şirkətinin nəzdindədir. Kolumbiya Hayts 30 ünvanındakı binanın damında olan saatı və temperaturu bildirən lövhə onilliklərdir Bruklinin mənzərəsinə gözəllik qatır. Əvvəlki sahibləri tərəfindən quraşdırılmış «Squibb» yazısı 1969-cu ildə bina Yehovanın Şahidləri tərəfindən alınanda «Watchtower» yazısı ilə əvəz olundu. Yehovanın Şahidlərinin nümayəndəsi Riçard Divayn alqı-satqının məqsədini açıqlayır: «Sürətlə artan işlərimizi həyata keçirmək üçün daha böyük əraziyə ehtiyacımız var idi. Bruklindəki bir neçə binada yerləşən ofislərimizi birləşdirmək istəyirdik».

Yehovanın Şahidlərinin baş idarəsinin nümayəndəsi Devid Semonian deyir: «Kolumbiya Hayts 25/30 həmişə bizim və Bruklinin zəngin tarixinin bir hissəsi olacaq».

Əlaqə üçün:

Məlumat xidməti: Devid A. Semonian, tel.: 1-718-560-5000