Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

7 DEKABR 2015-Cİ İL
BİRLƏŞMİŞ ŞTATLAR

Yehovanın Şahidləri Bruklindəki əmlaklarının satışına başlayır

Yehovanın Şahidləri Bruklindəki əmlaklarının satışına başlayır

NYU–YORK. Yehovanın Şahidləri Dambo və Bruklin Hayts (Nyu–York) küçələrində yerləşən bəzi əmlaklarını satırlar. İlk öncə alıcılar Cey Strit küçəsi 85-də yerləşən Bruklinin ən böyük boş ərazilərindən birinə və Kolumbiya Hayts küçəsi 124-də yerləşən on mərtəbəli yaşayış binasına maraq göstəriblər. Kolumbiya Hayts küçəsi 25 və 30-da yerləşən baş idarənin binası da satışa çıxarılıb. Bu əmlakların üçü də Gözətçi qülləsi daşınmaz əmlak ofisi tərəfindən satışa çıxarılıb və onların ayrı-ayrılıqda satılacağı gözlənilir.

Yehovanın Şahidlərinin təmsilçisi Riçard Divayn Cey Strit küçəsi 85-də yerləşən 12 542 m2-lik ərazi haqqında deyir: «Dambodakı bu ərazinin sahəsi bir kvartal boydadır və təxminən 92 903 m2 tikiliyə icazəsi var».

Cey Strit küçəsi 85-də əmlak Manhattan körpüsünün qurtaracağında, Dambo ərazisində yerləşir.

Şahidlərin Kolumbiya Hayts küçəsi 124-də yerləşən on mərtəbəli yaşayış binasının sahəsi 14 121 m2-dir. O, tarixi Bruklin Hayts rayonunda okean sahilində yerləşir. Riçard Divayn deyir: «Bu tanınmış binadan Bruklin körpüsünə, Azadlıq heykəlinə və Aşağı Manhattan göydələnlərinə mənzərə açılır».

Kolumbiya Hayts küçəsi 124 tarixi Bruklin Hayts rayonunda yerləşir.

Yehovanın Şahidlərinin baş idarəsi artıq onilliklərdir ki Kolumbiya Hayts küçəsi 25 və 30-da (birinci şəkil) yerləşir. O, «Watchtower» yazısı və saatı ilə Nyu–Yorkda yaşayanların çoxuna tanışdır. Sahəsi 68 098 m2 olan bu binalar təxminən iki kvartal boydadır. Oradan Bruklin körpüsünə mənzərə açılır.

Riçard Divayn Şahidlərin bu böyük layihəsi haqqında danışarkən əlavə etdi: «Bu satış Yehovanın Şahidlərinin baş idarəsinin Uorvikə (Nyu–York) köçürülməsi üçün atılan növbəti addımdır».

Əmlaklar haqqında əlavə məlumatı www.watchtowerbrooklynrealestate.com saytı, müsahibələri və şəkilləri isə məlumat xidməti vasitəsilə əldə edə bilərsiniz.

Əlaqə üçün:

Məlumat xidməti: Devid A. Simonian, tel.: +1 718 560 5000