Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

9 DEKABR 2015-Cİ İL
BİRLƏŞMİŞ ŞTATLAR

Yehovanın Şahidlərinin yeni baş idarəsinin tikintisində ən qızğın vaxt

Yehovanın Şahidlərinin yeni baş idarəsinin tikintisində ən qızğın vaxt

NYU–YORK. 2015-ci ilin avqust—oktyabr ayları Yehovanın Şahidlərinin Uorvikdəki yeni baş idarəsinin tikintisinin ən qızğın vaxtı idi. Bu tikinti işində hər gün 3800 könüllü iştirak edir.

Tikinti işinin ən qızğın vaxtında 3800 könüllünü tikinti ərazisinə hər gün gətirib-aparmaq üçün təxminən 40 avtobus istifadə olunmuşdur.

İşçilər üçün səkkiz müvəqqəti yeməkxana təşkil olunmuşdur.

Layihə başlayandan (iyul 2013-cü il) bu yana bu tikintidə iştirak etmək üçün, Alyaska və Havay adaları da daxil olmaqla, bütün ştatlardan 18 000-dən çox Şahid Uorvikə gəlib. Hər həftə sonu bura təxminən 400—500 işçi gəlir. İşin ən qızğın vaxtında isə onların sayı 700 nəfərə çatmışdı. İşçi qüvvəsinin böyük hissəsi 1—4 həftəlik işləməyə gələn könüllülərdən ibarətdir.

Uorvik layihəsinin tikinti komitəsinin sədri Riçard Divayn izah edir: «Hər gün minlərlə işçi gəldiyindən tikinti ərazisində nizam-intizam asanlıqla pozula bilərdi. Bunun qarşısını almaq üçün səhər növbəsində işləyən 400 işçini ikinci növbəyə (15:00—02:00) keçirtdik». Bu növbə may ayından sentyabr ayına qədər davam etdi.

Yehovanın Şahidlərinin yeni baş idarəsinin əsas girişinin günbatan zaman çəkilmiş şəkli.

Tikinti komitəsinin hesabatına görə dörd yaşayış binasından ikisi planlaşdırıldığı kimi 2016-cı ilin yanvar ayında təhvil veriləcək. R. Divayn deyir: «Hamı bir nəfər kimi çalışdığı üçün plandan dörd ay qabaqdayıq». Digər yaşayış, ofis binalarının və təmir sexinin tamamlanması 2016-cı il sentyabrın 1-nə planlaşdırılır.

Yeni baş idarənin yuxarıdan görünüşü.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: C. R. Braun, tel.: +1 718 560 5000