Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

17 DEKABR 2012-Cİ İL
BİRLƏŞMİŞ ŞTATLAR

Konnektikut ştatında məktəbə silahlı hücum

Konnektikut ştatında məktəbə silahlı hücum

2012-ci il dekabrın 14-ü, cümə günü ABŞ-ın Konnektikut ştatının Nyutaun şəhərindəki orta məktəbə bir nəfər silahlı hücum etmişdi. Kütləvi informasiya vasitələri xəbər verir ki, 20 uşaq və qatilin özü də daxil olmaqla, 27 nəfər ölmüşdür. Əldə olunan ilkin məlumatlara görə, məktəbdə həmin vaxt Yehovanın Şahidi olan ən azı iki uşaq olmuş, ancaq heç birinə xətər dəyməmişdir. Yehovanın Şahidləri bu faciə üz verən ailələrə və digər insanlara dəstək olur və Allahın Kəlamı ilə təsəlli verirlər.

Əlaqə üçün: məlumat xidməti, C. R. Braun, tel. +1 718 560 5000