Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

8 OKTYABR 2013-CÜ İL
BİRLƏŞMİŞ ŞTATLAR

Koloradoda daşqın

Koloradoda daşqın

Sentyabrın ortalarında ABŞ-ın Kolorado ştatında güclü leysan nəticəsində yaranan daşqın ucbatından yollara, evlərə xeyli ziyan dəymiş, ən azı, 8 nəfər həyatını itirmişdir. Əldə olunan məlumatlara görə, Yehovanın Şahidləri arasında xəsarət alan və ya ölən yoxdur. Ancaq Şahidlərdən 70-ə yaxın ailə ən çox ziyan dəymiş ərazilərdə yaşadıqlarından evakuasiya olunub.. Yehovanın Şahidləri olan ağsaqqallar bu ailələrə müvəqqəti sığınacaq tapmağa kömək edir və onların digər zəruri tələbatlarının qayğısına qalırlar.

Əlavə məlumat:

Beynəlxalq: məlumat xidməti, C.R. Braun, tel.: +1 718 560 5000