Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

21 İYUL 2014-CÜ İL
AVSTRİYA

Yehovanın Şahidlərinin şərəfinə Qüzen həbs düşərgəsində abidə qoyuldu

Yehovanın Şahidlərinin şərəfinə Qüzen həbs düşərgəsində abidə qoyuldu

ZELTERS, Almaniya. 2014-cü il aprelin 13-ü, bazar günü Avstriyadakı Qüzen həbs düşərgəsinin xatirə guşəsində təxminən 450 Yehovanın Şahidinin şərəfinə xatirə lövhəsi qoyuldu. Onlar nasistlər tərəfindən Mauthauzen və ona bağlı olan Qüzen həbs düşərgəsində həbs olunmuşdular. Tədbirdə 130 nəfər iştirak etmişdi.

13 aprel 2014-cü ildə Qüzen həbs düşərgəsində keçirilən tədbirdə qoyulmuş xatirə lövhəsi

Şahidlər Mauthauzen həbs düşərgəsinə çatanda komandir onlara hədə-qorxu gələrək demişdi: «Buradan bir nəfər də olsun Müqəddəs Kitab Tədqiqatçısı sağ çıxmayacaq». Doqquz il Daxau, Mauthauzen və Qüzen həbs düşərgələrində olub, oradan sağ çıxmış və sonralar Yehovanın Şahidlərinin Nyu-Yorkdakı baş idarəsində Rəhbərlik Şurasının üzvü olmuş Martin Poetzinger Mauthauzendə olduğu vaxtlardan danışır: «Gestapo imanımızı sındırmaq üçün hər vasitəyə əl atırdı».

May 1945: Qüzen həbs düşərgəsi. Martin Poetzingerin (ön cərgədə, soldan ikinci) sağ qalan 23 nəfərlə birgə həbsdən azad olunduqdan qısa vaxt sonra çəkdirdiyi şəkil

Mauthauzendəki bəzi Şahidlər həmin həbs düşərgəsinə bağlı olan Qüzenə köçürüldü. Əsil «ölüm düşərgəsi» olan Qüzendə planlı şəkildə hər gün müəyyən sayda insan öldürülürdü. Şahidlər imanlarını qorumaq üçün gecələr kiçik qruplar şəklində toplaşıb, yaddaşlarında qalan Müqəddəs Kitab ayələrini müzakirə edirdilər. Bir dəfə onların əlinə Müqəddəs Kitab düşmüşdü. Şahidlər kitabın vərəqlərini öz aralarında bölüşmüşdülər. Onlar vərəqləri yataqlarının altına gizlədib, imkan yaranan kimi oxuyurdular.

Həmçinin Şahidlər ehtiyatla Müqəddəs Kitabdakı xoş xəbəri başqaları ilə bölüşürdülər. Beş polyak məhbus Müqəddəs Kitabı Şahidlərlə araşdırmış və gizlincə vəftiz üçün hazırlanmış taxta navalçada vəftiz olmuşdular. Franz Deş adlı Yehovanın Şahidi SS zabitinə Müqəddəs Kitabdakı xoş xəbəri çatdırmışdı. Bu zabit sonralar Yehovanın Şahidi olmuşdu.

Yehovanın Şahidlərinin Avstriyadakı nümayəndəsi Volfram Slupina demişdi: «Mauthauzen və Qüzen həbs düşərgəsində olduqları müddətdə imanları və cəsarətləri ilə yadda qalan Şahidlərə minnətdarıq. Onların hamıya qarşı göstərdikləri məsihçi şəfqəti və xeyirxahlığı pislik üzərində qələbə çaldı. Onlar anılmağa və örnək olunmağa layiqdirlər».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Avstriya: Volfram Slupina, tel.: +49 6483 41 3110