Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

7 OKTYABR 2015-Cİ İL
AVSTRİYA

Rayon meri nasistlərin edam etdiyi avstriyalı Yehovanın Şahidinin xatirə lövhəsinin açılışında çıxış etdi

Rayon meri nasistlərin edam etdiyi avstriyalı Yehovanın Şahidinin xatirə lövhəsinin açılışında çıxış etdi

Vyana şəhəri Medlinq rayon meri Qabriela Votava tədbirin açılış məruzəsini söyləyir.

VYANA. 2015-ci il mayın 13-ü alman ordusuna qoşulmadığına görə nasistlər tərəfindən 75 il əvvəl edam olunan Gerhard Ştaynaxer adlı Yehovanın Şahidinin xatirə lövhəsinin açılışı oldu. Tədbirdə təxminən 400 nəfər iştirak edirdi. Bu mərasim Ştaynaxer ailəsinin keçmiş evlərinin (Lengenfeldqasse, ev 68) qarşısında keçirildi. Mərasimdə əsas məruzəni Vyana şəhəri Medlinq rayon meri Qabriela Votava söylədi.

Mərasim Gerhard Ştaynaxerin «Atəş aça bilmərəm» sözlərinə əsaslanırdı. Bu sözləri o, əfv müraciətində demişdi. Bu sadə sözlər Gerhardın İsanın Mətta 19:19 ayəsində dediyi: «Başqasını özünü sevdiyin kimi sev» sözlərinə və buna bənzər digər məsihi həqiqətlərinə nə dərəcədə önəm verdiyini qabarıq şəkildə göstərir.

Gerhard gənc yaşlarından Müqəddəs Kitabı öyrənirdi. 17 yaşında o, Yehovanın Şahidi oldu. 15 sentyabr 1939-cu ildə isə etiqadına görə hərbi xidmətə getmədiyi və Hitlerə sədaqət andı içmədiyi üçün həbs edildi. Vyanada 6 həftə həbsdə saxlanıldıqdan sonra onu məhkəmə prosesinə qədər Moabit (Berlin, Almaniya) həbsxanasına göndərdilər.

1939-cu il noyabrın 11-i, dinləmə prosesinin ilk günü onu təxribatçılıqda ittiham edərək haqqında ölüm hökmü verdilər. O, etiqadını əsas gətirərək əfv dilədi. Buna baxmayaraq, 1940-cı il martın 2-si Reyx Hərbi Məhkəməsi qərarı qüvvədə saxladı. 4 həftə sonra, martın 30-u Gerhard Ştaynaxer Berlinin pis ad qazanmış Plötzense həbsxanasında gilyotində edam olundu. Onun cəmi 19 yaşı var idi.

Xatirə lövhəsinin açılışından sonra tədbir yaxınlıqda yerləşən Dövlət Mədəniyyət Universitetinin teatr zalında davam etdi. Tədbirdə həmçinin Ştaynaxer ailəsinin tarixini əks etdirən sərgi keçirildi. Eksponatlardan biri 1976-cı ildə tapılan balaca bir qutu idi. Həmin qutuda İqnats və Luiza Ştaynaxerin həbsdə olan oğullarına yazdıqları 28 məktub və Gerhardın da valideynlərinə yazdığı 25 açıqça və məktublar var idi. O məktublarda Gerhard valideynlərinə həm ürək-dirək verir, həm də inandığı şeylərə əminliyini bildirirdi.

1976-cı ildə Gerhardın anası Luizanın ölümündən sonra Ştaynaxerlərin evindən məktub və açıqçalarla dolu qutu tapıldı.

Vyanada həftəlik dərc olunan bir qəzet bu tədbiri Ştaynaxerin cəsarətini «qaranlıqdan nura çıxaran» «unudulmaz xatirə» adlandırdı («Wiener Bezirkszeitung»). Məqalənin müəllifi Ştaynaxeri bu sözlərlə təriflədi: «O, yaşadığı prinsiplərə görə canından keçməyə belə hazır idi».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: C. R. Braun, tel.: +1 718 560 5000

Avstriya: Yohan Zimmerman, tel.: +43 1 804 53 45

Almaniya: Volfram Slupina, tel.: +49 6483 41 3110