Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

1 NOYABR 2012-Cİ İL
AVSTRİYA

Avstriya Yehovanın Şahidlərini diskriminasiyaya məruz qoyduğu üçün təzminat ödəməlidir

Avstriya Yehovanın Şahidlərini diskriminasiyaya məruz qoyduğu üçün təzminat ödəməlidir

25 sentyabr 2012-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (Strasburq, Fransa) Avstriya hökumətini Yehovanın Şahidlərini diskriminasiyaya məruz qoymaqda təqsirli bilib, Yehovanın Şahidlərinə məhkəmə və digər xərclərə görə təxminən 13 000 avro (16 600 ABŞ dolları) ödənilməsinə qərar verib.

2002-ci ildə Avstriya hökuməti bu ölkədəki taqaloqdilli Şahidlərə baş çəkmək istəyən Filippindən olan iki dini xidmətçini qeydiyyata salmaqdan imtina etmişdir. Üstəlik, hökumət Şahidlərdən 1999-cu ildə edilən könüllü ianələrdən hədiyyə vergisinin ödənilməsini tələb etmişdi. Hər iki halda dövlətin bu cür hərəkət etməsinin səbəbi Yehovanın Şahidlərini «dini cəmiyyət»dən aşağı hesab edilən «dini icma» kimi tanıması idi. Bu səbəbdən Yehovanın Şahidləri tanınan dinlərə verilən müəyyən imtiyazlardan məhrum edilmişdir.

Bu, Avropa Məhkəməsinin Yehovanın Şahidlərinin xeyrinə, Avstriya hökumətinin isə əleyhinə çıxartdığı sayca 6-cı qərardır və bu qərar 2008-ci ildə çıxarılan qərarı təsdiqləyir. Həmin qərarda Məhkəmə Yehovanın Şahidlərinin «dünyada, o cümlədən Avstriyada uzun müddət mövcud olduğunu» əsas gətirərək bildirmişdir ki, Yehovanın Şahidləri «təcili surətdə» ölkədə «dini cəmiyyət» kimi tanınmalıdır.

Şahidlər ümid edirlər ki, Avropa Məhkəməsindəki sonuncu qələbə əsas azadlıqların qorunmasına xidmət edəcək, dini diskriminasiyanın qarşısını alacaq və yalnız onların özlərinə yox, həmçinin Avropa Birliyinin hüdudları daxilində yaşayan bütün vətəndaşlara xeyir verəcək.

Əlaqə üçün:

məlumat xidməti, C. R. Braun, tel. +1 718 560 5000

Avstriya: Yohan Zimmermann, tel. +43 1 804 53 45