Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

4 MAY 2015-Cİ İL
ANQOLA

Yehovanın Şahidləri Anqolada daşqından zərər çəkənlərin köməyinə yetişirlər

Yehovanın Şahidləri Anqolada daşqından zərər çəkənlərin köməyinə yetişirlər

70 santimetr hündürlüyündə palçıq və su ilə dolmuş Yehovanın Şahidlərinin Lobitudakı ibadət evi

LUANDA, Anqola. Paytaxt Luandadan 500 kilometr məsafədə yerləşən Bengela vilayətində 2015-ci il martın 11-dən başlayaraq aramsız yağışların törətdiyi daşqın nəticəsində 85 nəfər həlak olmuş, 119 evə ziyan dəymişdi. Yehovanın Şahidlərinin Anqoladakı filialının verdiyi məlumata görə, dindaşlarından heç kim həlak olmasa da, onlardan 11-nin evi dağılmış və ya ciddi ziyan görmüşdü. Daşqın həmçinin Lobitudakı ibadət evlərindən birinə də zərər vurmuşdu.

Leysanın səhərisi Yehovanın Şahidləri dəymiş ziyanın miqyasını müəyyən etmək və zərər çəkənlərə kömək etmək məqsədi ilə yardım komitəsi təşkil etdilər. Onlar zərər dəymiş ərazidə yaşayan həm iman qardaşlarının, həm də imanlarına şərik olmayanların köməyinə yetişdilər. Könüllülər növbəti həftə sonu baş tutacaq xüsusi görüşlərdən birini keçirmək üçün Lobitudakı ibadət evini 70 santimetr hündürlüyündə olan palçıq və sudan təmizlədilər və təmir işlərini vaxtında görüb qurtardılar. Yehovanın Şahidlərinin Anqoladakı filialının nümayəndələri Luandadan bu görüşə gələrək yerli bacı-qardaşları ruhlandırdılar.

Yehovanın Şahidlərindən ibarət könüllülər Lobitudakı ibadət evini təmizləyib təmir etdilər

Yehovanın Şahidlərinin Anqoladakı nümayəndəsi Tod Pekxam deyir: «Daşqından zərər çəkmiş bacı-qardaşlarımıza ürəyimiz yanır. Anqoladakı filial yardım komitəsinin işinə nəzarət edəcək və yerli əhalidən lazımi köməyi əsirgəməyəcək».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Anqola: Tod Pekxam, tel.: +244 222 460 192