Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

8 OKTYABR 2013-CÜ İL
ALMANİYA

Yəhudi soyqırımından sağ çıxan bir Şahid üçün abidə qoyuldu

Yəhudi soyqırımından sağ çıxan bir Şahid üçün abidə qoyuldu

ZELTERS, Almaniya. 2013-cü ilin iyunun 21-də Lautertal-Rayhenbahda mərhum Maks Libsterin adına qoyulan abidənin təntənəli açılışı baş tutmuşdu. Yehovanın Şahidi olan Maks Libster 5 ildən çox faşist həbs düşərgələrində olub. Merin və şəhər administrasiyasının digər nümayəndələrinin iştirakı ilə baş tutmuş açılış mərasimində yerli sakinlər, eləcə də mərhumun xanımı Simon Libster də iştirak etmişdi. Xanım Libster də Yehovanın Şahididir.

Milliyyətcə yəhudi olan Maks Libster Hitler rejimi dövründə, 1939-cu ildə gestapo tərəfindən həbs edilmişdi. O, beş alman həbs düşərgəsində — Zaksenxauzen, Noyenqamme, Osventsim, Buna və Buxenvaldda olub. Onun ailə üzvlərindən səkkiz nəfər düşərgələrdə həlak olub. Onların arasında cəsədini öz əli ilə Zaksenxauzen krematoriyasına apardığı atası da var idi.

Həbs düşərgələrində Maks Libster Yehovanın Şahidləri olan məhbuslarla tanış olmuşdu. 1945-ci ildə azadlığa çıxandan sonra o vəftiz olunub Yehovanın Şahidi oldu. Abidənin üzərindəki tunc lövhəcikdə qeyd olunduğu kimi, Maks Libsterin imanı ona «hər şeyə tab gətirməyə güc verdi». O, 2008-ci ildə, 93 yaşında vəfat edib.

Abidənin qoyulma mərasimi üçün tərtib olunan dəvətnamədə qeyd olunurdu ki, Maks Libster Müqəddəs Kitabda əks olunan «ilahi dəyərlərin insanda ən yaxşı xüsusiyyətləri üzə çıxarmağa qadir olduğuna ürəkdən inanırdı». Yehovanın Şahidlərinin Almaniyadakı nümayəndəsi Volfram Slupina deyir: «Biz çox şadıq ki, dini dözümsüzlüyə rəğmən öz imanına sadiq qalan çoxsaylı həmimanlılarımızdan birinin cəsarəti bu gün hörmətlə yad edilir. Bu abidə bir daha onu sübut edir ki, Yehovanın Şahidlərinin sədaqətlə əməl etdiyi Müqəddəs Kitabın sülh və birlik təlimi böyük qüvvəyə malikdir».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Almaniya: Volfram Slupina, tel.: +49 6483 41 3110