Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

12 SENTYABR 2014–CÜ İL
ALMANİYA

Nasistlər tərəfindən edam edilən Yehovanın Şahidinin şərəfinə ucaldılan Zaksenxauzen abidəsi

Nasistlər tərəfindən edam edilən Yehovanın Şahidinin şərəfinə ucaldılan Zaksenxauzen abidəsi

ZAKSENXAUZEN həbs düşərgəsində edam olunmuş Avqust Dikmanın edamından 75 il ötür. Bununla əlaqədar 2014-cü il sentyabrın 16-sı Zeltersdə (Almaniya) Brandenburq Xatirə Lövhəsi qarşısında xüsusi anma mərasimi keçiriləcək. O, II Dünya müharibəsində əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün nasistlər tərəfindən edam edilən ilk Yehovanın Şahidi olub.

Avqust Dikman, təxminən 1936-cı il

1937-ci ilin oktyabrında Dikman Yehovanın Şahidi olduğu üçün Zaksenxauzen həbs düşərgəsinə göndərilmişdi. 1939-cu ildə II Dünya müharibəsi başlayandan üç gün sonra gestapo Dikmanı hərbi xidmətə çağırıb ondan alman ordusuna daxil olmaq üçün hərbi sənədi imzalamağı tələb etdi. Dikman isə hərbi xidmətdən imtina etdi. Buna görə də onu birnəfərlik kameraya saldılar. Düşərgə komandiri Dikmanı düşərgədə olanların gözü qarşısında edam etmək üçün SS-in başçısından rüsxət istədi. 1939-cu il sentyabrın 15-i Dikmanın qardaşı Henriki və yüzlərlə Yehovanın Şahidini bu edamı izləməyə məcbur etdilər. İki gündən sonra «Nyu-York Tayms» qəzetində Almaniya barədə belə bir xəbər dərc olundu: «29 yaşlı Avqust Dikman... silahlı dəstə tərəfindən güllələndi». Daha sonra həmin qəzetdə deyilirdi ki, o, «öz dininə bağlı qalıb» hərbi xidmətdən imtina etdiyi üçün məhkum olunub.

1999-cu il sentyabrın 18-i 890-dan artıq Yehovanın Şahidinin həbsdə olduğu Zaksenxauzen həbs düşərgəsinin divarının bayır tərəfindən onların şərəfinə lövhə asılmışdı. Bundan əlavə, Dikmanın şərəfinə ucaldılan abidənin açılışı olmuşdu.

75 illik anma mərasimi Dikmanın abidəsinin olduğu ərazidə başlayacaq, ardınca əvvəllər məhbusların mətbəxi olmuş yerdə məruzələr söylənəcək. Mərasimdə Noyenqamme həbs düşərgəsinin abidəsinin müəllifi və direktoru cənab Detlef Qarbe qonaq məruzəçi qismində çıxış edəcək.

Əlaqə üçün:

Beynəlxalq: C. R. Braun, məlumat xidməti, tel.: +1 718 560 5000

Almaniya: Volfram Slupina, tel.: +49 6483 41 3110