Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

2 MAY 2014-CÜ İL
ÇİLİ

Çilidə dəhşətli yanğın

Çilidə dəhşətli yanğın

PUENTE-ALTO, Çili. 2014-cü il aprelin 13-ü Sakit okeandan gələn güclü küləklər tarixi liman şəhəri olan Valparaisodakı yanğını daha da alovlandırdı. Yanğın nəticəsində 15 adam həyatını itirmiş, 500 nəfər isə yaralanmışdır. Təxminən 2900 ev tamamilə yanmış, 10 000 adam isə evsiz qalmışdır.

Yehovanın Şahidlərinin Çili filialının verdiyi məlumata görə, ölənlərin arasında Yehovanın Şahidi olan yaşlı bir kişi olub. Üstəlik, 89 Şahid evsiz qalıb. Onların çoxu həmimanlılarının evlərində qalır. Fəlakətin qurbanlarına kömək etmək məqsədilə filial dərhal yardım komitəsi təşkil etmişdi. Könüllülərdən ibarət mütəşəkkil dəstələr artıq təmizlik işlərinə başlayıblar. İmkan yaranan kimi onlar Şahidlərin yanğın nəticəsində zərər dəymiş 28 evinin təmirinə başlayacaqlar.

Yehovanın Şahidlərinin Çilidəki nümayəndəsi Ceyson Rid deyir: «Bu yanğının qonşularımıza verdiyi ağrı-acılar barədə eşidəndə ürəyimiz ağrıyır. Həmimanlımızın ölümü bizi çox kədərləndirdi; dostlarını və ailə üzvlərini itirənləri daima dualarımızda anırıq. Biz bundan sonra da yanğından zərər çəkənlərə yardım göstərəcəyik və fəlakətin acı nəticələrini aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Çili: Ceyson Rid, tel.: +56 2 2428 2600