Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

4 OKTYABR 2012-Cİ İL
UKRAYNA

Ukraynada ədalət bərqərar olundu

Ukraynada ədalət bərqərar olundu

26 sentyabr 2012-ci il tarixində Ukrayna Ali Məhkəməsinin qərarı ilə ölkədəki Yehovanın Şahidlərinin filialına məxsus böyük torpaq sahəsinin qanunsuz olaraq ələ keçirilməsinin qarşısı alındı.

Qeyd edilən torpaq sahəsi 1998-ci ildə qanuni olaraq Yehovanın Şahidləri tərəfindən alınıb. Lakin 2008-ci ildə daşınmaz əmlakın əvvəlki sahibi torpaq sahəsini ikinci dəfə satışa çıxararaq onu LLC İdman İnkişaf Mərkəzinə satmışdır. Adətən Ukraynada bu cür hallar reyderlik adlanır.

Birinci instansiya məhkəməsi torpaq sahəsinin İdman İnkişaf Mərkəzinə satışını qanuni hesab etmiş, Yehovanın Şahidlərin appelyasiya şikayətini isə rədd etmişdir.

Lakin haqq-ədalət əvvəl-axır bərpa olundu. 2011-ci ilin dekabrında ali iqtisadi məhkəmə Yehovanın Şahidlərinin xeyrinə qərar çıxarmış, 2012-ci ilin aprel ayında isə idman mərkəzinin şikayətini rədd etmişdir. Qərarla torpaq sahəsi qanuni olaraq Yehovanın Şahidlərinin mülkiyyətində olduğu bir daha təsdiq edilmişdir. Üç aydan sonra Lvov şəhərindəki iqtisadi appelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mülkiyyətin İdman İnkişaf Mərkəzinə aid olduğu barədə qanuna zidd qərarını ləğv etmişdir.

Nəhayət İdman İnkişaf Mərkəzi qərardan Ukrayna Ali Məhkəməsinə şikayət etmişdir. 26 sentyabr tarixində məhkəmə tez bir surətdə şikayəti rədd etmiş və ədaləti bərpa etmişdir.

Əgər bütün bu cəhdlər baş tutsaydı, Yehovanın Şahidləri inzibati binalarından və böyük torpaq sahəsindən məhrum ola bilərdilər. Bu da öz növbəsində Ukraynadakı filialın fəaliyyətinə əngəl törətmiş olardı.