Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

11 MART 2013-CÜ İL
TÜRKİYƏ

BMT-nin qərarında bildirilir ki, Türkiyə öz vətəndaşlarının vicdanlarına hörmət etməlidir

BMT-nin qərarında bildirilir ki, Türkiyə öz vətəndaşlarının vicdanlarına hörmət etməlidir

İsanın bir çox şagirdi vicdanları yol vermədiyi üçün hərbi xidmətdən imtina edir və bir çox ölkə onların bu qərarına hörmət göstərir. BMT-nin İnsan haqları üzrə şurası türk vətəndaşlarının da belə bir azadlığa malik olduğuna qərar verdi.

Şura 29 mart 2012-ci ildə türk vətəndaşları Cenk Atasoy və Arda Sarkutun lehinə qərar verdi. Yehovanın Şahidi olan bu insanlar dini əqidələri yol vermədiyi üçün hərbi xidmətdən imtina etmişdilər.

Cenk Atasoy və Arda Sarkut hərbi komissarlığa dəfələrlə etiraz ərizələri yazaraq vicdanlarına əsasən qərar verdiklərini və hərbi yox, ictimai xidməti yerinə yetirməyə hazır olduqlarını bildirdilər. Bütün bunlara baxmayaraq, onları hərbi xidməti yerinə yetirməyə məcbur etdilər. Komissarlıq Arda Sarkutun assisent işlədiyi universiteti məhkəməyə verəcəyini deyərək hədə-qorxu gəldiyi üçün Arda işini itirdi.

BMT-nin İnsan haqları üzrə şurasının qərarında belə sözlər qeyd olunmuşdu: «Vicdanı yol vermədiyi üçün hərbi xidmətdən imtina etmək düşüncə, vicdan və din azadlığı haqda qanunların ayrılmaz hissəsidir». Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın 18-ci maddəsinə əsasən də təsdiqləndi. Şura həmçinin belə qənaətə gəldi: «İnsanın dini əqidəsi hərbi xidmətdə iştirak etməyə yol vermirsə, bu maddə insana məcburi hərbi xidmətdən yayınmağa imkan yaradır».

Bu qərardan qısa müddət sonra Avropa İnsan haqları üzrə məhkəməsi buna oxşar iki qərar verdi. Bu qərarların birində belə qeyd olunmuşdu: «Türkiyədə hərbi xidmətin alternativ növü olmaması vicdan azadlığına ziddir». Avropa İnsan haqları müqaviləsinə əsasən də təsdiqləndi.

Əslində, vicdanı yol vermədiyi üçün hərbi xidmətdən imtina etməyin kökü məsihçilik kimi ta qədimlərə gedib çıxır. Məsihçiliyin meydana çıxması ilə bağlı bir kitabda bu mövzu ilə əlaqədar belə deyilib: «Əldə olunan bütün məlumatlar diqqətlə araşdırılanda məlum olur ki, Mark Avrelinin vaxtına qədər heç bir məsihçi əsgərliyə getməmişdi və heç bir əsgər də məsihçi olduqdan sonra hərbi xidmətini davam etdirməmişdi» («The Rise of Christianity», E. W. Barnes).