Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

İSRAİL

İsrail haqda icmal

İsrail haqda icmal

Müasir İsrail ölkəsində Yehovanın Şahidləri 1920-ci ildən mövcuddur və əsasən azad şəkildə fəaliyyət göstərirlər. 1963 və 2000-ci ildə hökumət Yehovanın Şahidlərinin öz fəaliyyətlərini həyata keçirmək üçün istifadə etdiyi hüquqi şəxsləri qeydiyyatdan keçirdi. Şahidlər 2000 və 2014-cü ildə dini qurum kimi rəsmi şəkildə tanınmaq üçün ərizə verdi. Ancaq ərizələr hələ də cavablandırılmayıb.

İsrail dövlətinin qanununa əsasən bütün dini qurumlar öz əqidələrini başqaları ilə bölüşə bilər. Buna baxmayaraq, təəssübkeş yəhudi dini qruplar Yehovanın Şahidlərinin dini fəaliyyətinə qarşı çıxırlar. Onlar Şahidlərə qarşı dini zəmində təcavüz və zorakılıq hərəkətləri törədirlər.

Hərdən bu təəssübkeş qruplar Yehovanın Şahidlərinin sərbəst toplaşmaq azadlığını pozmaq üçün bəzi rəsmilərə təsir ediblər. Bələdiyyə Şahidlərin icarəyə götürdüyü yerlərdə keçirdikləri toplantıları ləğv edəndə Yehovanın Şahidləri məhkəməyə müraciət etdi. 2007-ci ildə Hayfa Rayon Məhkəməsi, 2015-ci ildə isə Ali Məhkəmə bələdiyyəni Yehovanın Şahidlərinə qarşı dini ayrı-seçkilik göstərməkdə ittiham etdi. Hər iki məhkəmə Şahidlərin sərbəst toplaşmaq hüququnu müdafiə etdi. Ancaq Yehovanın Şahidlərinə qarşı ayrı-seçkilik hələ də davam edir.