Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

ERMƏNİSTAN

Ermənistan haqda icmal

Ermənistan haqda icmal

Ermənistan Respublikasındakı Yehovanın Şahidləri bəzi çətinlikləri çıxmaq şərtilə sərbəst şəkildə ibadət edirlər. Onlar 2004-cü ilin oktyabr ayında rəsmi olaraq tanındılar.

2013-cü ilin oktyabr ayına kimi Yehovanın Şahidlərinin Ermənistanda üzləşdikləri ən böyük çətinlik münasib mülki alternativ xidmətin olmaması idi, çünki Ermənistandakı proqram hərbinin nəzarəti altında idi və ondan imtina edildikdə buna görə cəza tətbiq edilirdi. 1993-cü ildən başlayaraq etiqadına görə hərbi xidmətdən imtina edən yüzlərlə gənc Yehovanın Şahidinə uzunmüddətli həbs cəzası verilirdi. Onlardan bəziləri çox pis şəraitdə saxlanılırdı. Nəhayət 8 iyun 2013-cü il tarixində Ermənistan «Alternativ mülki xidmət haqqında» Qanununu Avropa standartlarına uyğunlaşdırdı. 2013-cü il oktyabrın 23-ü Ermənistan Respublika Komissiyası alternativ mülki xidmətlə bağlı ilk ərizələri 51 Yehovanın Şahidinə verdi. Proqram uğurla həyata keçirildi. Bu proqramda iştirak edənlər həm öz ölkələrinə xidmət etdilər, həm də vicdanlarını təmiz saxladılar.

Bu irəliləyişə baxmayaraq, Şahidlər hələ də ayrı-seçkiliklə üzləşirlər. Bəzi bələdiyyələr Şahidlərə özləri üçün ibadət evləri tikməyə icazə vermirlər. Gömrük rəsmiləri isə dini ədəbiyyatlarının idxalı üçün Yehovanın Şahidlərindən həddindən artıq yüksək rüsum tələb edirlər. Əleyhdarlar media və ictimaiyyətdə onlar haqqında yalan təbliğat aparırlar. Bu problemləri həll etmək üçün Yehovanın Şahidləri həm yerli, həm də beynəlxalq məhkəmələrə müraciət edirlər.