Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

24 SENTYABR 2014–CÜ İL
ERİTREYA

İyirmiillik məhbus həyatının sonu olacaqmı?

İyirmiillik məhbus həyatının sonu olacaqmı?

İyirmi il əvvəl Eritreya hökuməti üç gənci həbs edib Savadakı ağır rejimli cəzaçəkmə müəssisəsinə salmışdı. Onlar bu günədək oradadırlar. Bu adamlar heç bir cinayət törətməsələr də, özlərini müdafiə etmək üçün məhkəməyə müraciət etmələrinə icazə verilmir. Nəyə görə onlar haqsız olaraq həbs olunublar?

Paulos Eyassu, Negede Teklemariam və İsaak Moqos adlı Yehovanın Şahidləri möhkəm dini əqidələrinə görə hərbi xidmətdən imtina ediblər. Onları hərbi xidmətdən imtina «cinayəti» ilə məsuliyyətə cəlb edib uzunmüddətli həbs cəzasına məhkum ediblər. Hal-hazırda Paulosun 41, Negede və İsaakın isə 38 yaşı var. Onlar gənclik illərini həbsdə keçiriblər. Bu adamlar arvad-uşaq sahibi olmaq, yaşlı valideynlərinin qeydinə qalmaq, istədikləri kimi yaşamaq, eləcə də iman bacı-qardaşları ilə birlikdə ibadət etmək imkanından məhrumdurlar.

1994-cü il 24 sentyabr tarixində həbs olunan Paulos, Negede və İsaak Sava hərbi düşərgəsində səlahiyyətli şəxslər tərəfindən amansız rəftara məruz qalmış, hətta işgəncə çəkmişlər. Lakin son illər onlara edilən zülmlər səngiyib və onlar dini etiqadlarına bağlı qaldıqları üçün həbsxana gözətçilərinin hörmətini qazanıblar.

Digər Yehovanın Şahidləri ağır həbs həyatı yaşayırlar

Yehovanın Şahidlərinin ən amansız təqiblərə məruz qaldığı ölkə Eritreyadır. Hal-hazırda qadınlar, uşaqlar, yaşlılar da daxil olmaqla, 73 Yehovanın Şahidi həbsdə yatır. Onların çoxu sərt səhra şəraitində yarıac, yarıtox yaşayır, susuzluqdan əziyyət çəkir, həbsxana işçilərinin amansız rəftarı ilə üzləşir. Digər üç Yehovanın Şahidi on ildən çoxdur ki, Sava həbs düşərgəsindədir. Paulos, Negede və İsaak isə Eritreyada ən çox həbsdə yatanlardır.

Beynəlxalq birlik Eritreyanı dini təqiblərə son qoymağa çağırır

Beynəlxalq birlik Eritreyanın Yehovanın Şahidlərinə və azlıq təşkil edən başqa dinlərə qarşı amansız rəftarından halidir.

  • 2004-cü ildən etibarən ABŞ Dövlət Departamenti hər il Eritreyanı «sistematik, davamlı və aşkar şəkildə din azadlığı hüququnu pozan, yaxud pozanlara göz yuman dövlətlərə» aid edərək «xüsusi narahatçılıq doğuran ölkə» adlandırır.

  • BMT İnsan Hüquqları Şurası «Eritreya dövlətinin öz xalqının və vətəndaşlarının hüquqlarını ciddi şəkildə pozduğuna görə» çox narahatdır. Şura Eritreya dövlətini «hər bir kəsin hüquqlarına... fikir, vicdan və din azadlığına hörmət etməyə» çağırır.

  • ABŞ Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının 2014-cü il hesabatında deyilir: «Dini azadlıq xüsusilə... Yehovanın Şahidləri üçün vacib məsələdir».

  • İnsan Haqları üzrə Nəzarətçi Təşkilatı 2013 Dünya Hesabatında bildirmişdi ki, Eritreya dövləti «tanınmamış» dinlərin üzvlərini həbs etməyə, onlara işgəncə verməyə davam edir və bundan «zərər çəkənlər xüsusilə Yehovanın Şahidləridir».

  • İnsan və Xalqların Hüquqları üzrə Afrika Komissiyası 2005-ci ilin dekabrında «Eritreyada İnsan Hüquqlarının Vəziyyəti ilə bağlı Qətnamə» qəbul etdi. Qətnamədə Eritreya dövlətini «ədalətli məhkəmələrə, söz və fikir azadlığı, dinc toplaşmaq azadlığı hüququna daimi zəmanət verməyə» çağırdı.

Yehovanın Şahidlərinin baş hüquq məsləhətçisi Filip Bramli bütün Yehovanın Şahidlərinin adından demişdi: «Ümid edirik ki, Eritreya dövləti 20 ildən çox həbsdə olan üç nəfər də daxil olmaqla, bütün Yehovanın Şahidlərini azadlığa buraxacaq və iman bacı-qardaşlarımızın üzləşdiyi təqiblərə son qoyacaq».