Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

21 DEKABR 2015-Cİ İL
AZƏRBAYCAN

Hakim məhkəməni təxirə salır və İrina Zaxarçenkoyla Validə Cəbrayılovanı yenidən həbsə qaytarır

Hakim məhkəməni təxirə salır və İrina Zaxarçenkoyla Validə Cəbrayılovanı yenidən həbsə qaytarır

17 dekabr 2015-ci il tarixində məhkəmənin ilk günündə Bakı Pirallahı Rayon Məhkəməsinin hakimi Əkram Qəhrəmanov İrina Zaxarçenkonun və Validə Cəbrayılovanın həbsdən azadlığa buraxılması ilə bağlı vəsatəti təmin etmədi. Vəsatəti təmin etməməklə hakim BMT İnsan Hüquqları Komitəsinin Zaxarçenkonun insanlıq naminə azadlığa buraxılması müraciətinə əhəmiyyət verməyib. Hakim növbəti dinləmə prosesini 2016-ci ilin yanvarın 7-nə qədər təxirə saldı.

İrina Zaxarçenko və Validə Cəbrayılova yenidən həbsə qaytarılıblar. Onları görənlərin dediyinə əsasən, hər iki qadın onaylıq həbs nəticəsində həm fiziki, həm də emosional cəhətdən pis vəziyyətdədirlər. İrina Zaxarçenko çox arıqlamış, yorğun və taqətdən düşmüş görünürdü.