Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

14 SENTYABR 2015-Cİ İL
AZƏRBAYCAN

Azərbaycan hakimiyyəti İrina Zaxarçenko və Validə Cəbrayılovanın həbs müddətini uzadır

Azərbaycan hakimiyyəti İrina Zaxarçenko və Validə Cəbrayılovanın həbs müddətini uzadır

2015-ci il 4 sentyabr tarixində Səbail Rayon Məhkəməsi Yehovanın Şahidi olan iki qadının həbs qətimkan tədbirinin müddətini artıq üçüncü dəfə uzatdı. Bu qərar İrina Zaxarçenko və Validə Cəbrayılovanın azadlığa buraxılmasını 17 dekabr 2015-ci il tarixinədək təxirə saldı.

17 fevral 2015-ci il tarixində bu iki qadın Müqəddəs Kitaba əsaslanan ədəbiyyatları lazımi icazə olmadan paylamaqda təqsirləndirilərək əsassız olaraq həbs edilmişdi. Bu qadınların həbs müddəti 10 aya qədər uzadıldığına görə ailələri, dostları və bütün dünyadakı Yehovanın Şahidləri onların sağlamlığı üçün narahatçılıq keçirirlər. Hakimiyyət bu ədalətsizliyə son qoymalı və dərhal bu iki qadını azadlığa buraxmalıdır.