Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

19 MAY 2015-Cİ İL
AZƏRBAYCAN

Azərbaycan Yehovanın Şahidi olan iki qadının həbs müddətini əsassız olaraq uzatdı

Azərbaycan Yehovanın Şahidi olan iki qadının həbs müddətini əsassız olaraq uzatdı

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) 2 Yehovanın Şahidi — İrina Zaxarçenko və Validə Cəbrayılovanın həbs qətimkan tədbirinin müddətini uzatdı. Fevralın 17-si 2015-ci ildə 2 Yehovanın Şahidi MTN tərəfindən Müqəddəs Kitaba əsaslanan ədəbiyyatları «lazımi icazə» olmadan paylamaqda təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilmiş və həbs olunmuşdular. 7 may 2015-ci ildə Səbayıl Rayon məhkəməsi həbs qətimkan tədbirinin iyul ayının 17-ə kimi uzadılamasına qərar vermişdir. Məhkəmə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün irəli sürülən vəsatəti rədd etmişdir. Qadınların vəkili ədalətsiz qərara görə apelasiya məhkəməsinə müraciət etmiş və onların emosional, əqli, fiziki sağlamlığı ilə bağlı narahatçılığını dilə gətirmişdir. Hakimiyyət dairələri digər Yehovanın Şahidlərini də sorğu-sual etməyə davam edir.