Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Abinskdəki Yehovanın Şahidlərinin ibadət evi

4 AVQUST 2015-Cİ İL
RUSİYA

Rusiya Ali Məhkəməsi Abinsk şəhərindəki Yerli Dini İcmanın qadağan edilməsi ilə bağlı işə baxacaq

Rusiya Ali Məhkəməsi Abinsk şəhərindəki Yerli Dini İcmanın qadağan edilməsi ilə bağlı işə baxacaq

2015-ci il 5 avqust tarixində Rusiya Federasiyasının Ali Məhkəməsi Abinsk şəhərindəki Yehovanın Şahidləri Yerli Dini İcmasının (YDİ) işinə baxacaq. İlin əvvəlində Abinsk şəhərinin rəsmiləri Yehovanın Şahidlərinin yerli hüquqi şəxsini ləğv etdilər. Bunun üçün onlar Taqanroq və Samara şəhərlərinin rəsmilərinin əl atdığı üsullardan istifadə etdilər.

Ləğv olunma üçün əsassız səbəb

Yehovanın Şahidlərinin Abinsk şəhərindəki yığıncağı təxminən 100 nəfərdən ibarətdir. Onların arasında yaşlılar da var. Abinsk YDİ-sı 1999-cu ilin noyabrında qeydiyyatdan keçdi və hal-hazırda onların bir hüquqi şəxs kimi, ibadət evi var. Həmin yerdə Yehovanın Şahidləri ibadət etmək üçün yığışırlar.

2012-ci ilin dekabrında və 2013-cü ilin oktyabrında rəsmilər Abinskdəki iki Yehovanın Şahidini ekstremist ədəbiyyat paylamaqla inzibati xətalar törətməkdə ittiham etdi. Hər iki Şahidin yerli yığıncaqla əlaqəsi olsa da, onlardan heç biri Abinsk şəhərindəki YDİ-ın üzvü deyildi. İttihamçı bu faktı rədd etdi və YDİ-ya qadağa qoymaq üçün əsassız ittihamlardan istifadə etdi.

Bu yanlış ittihama əsaslanaraq, Krasnodar Ərazi Məhkəməsi 4 mart 2015-ci il tarixində qərar verdi ki, «Yehovanın Şahidlərinin Abinsk şəhərindəki Yerli Dini İcması ekstremist hesab edilsin və ona qadağa qoyulsun, eynilə də hüquqi şəxs kimi dövlət reyestrindən çıxarılsın». Bundan əlavə, qərara alındı ki, Abinskdəki ibadət evi dövlət hesabına keçirilsin. Əgər Ali Məhkəmə bu qərarı təsdiqləsə, Abinskdəki Yehovanın Şahidləri ibadət evlərini itirəcəklər.

İstifadə edilən eyni üsullar

Ekstremist fəaliyyətə müqavimətlə bağlı federal qanunu nəzərə almadan Abinsk şəhər rəsmiləri Taqanroq və Samara şəhər rəsmilərinin Yehovanın Şahidləri YDİ-na qarşı istifadə etdikləri üsulu öz ərazilərində tətbiq etdilər. Taqanroq və Samara şəhərlərindəki Yehovanın Şahidləri də heç bir fakta əsaslanmadan ekstremist fəaliyyətdə ittiham olundular. Bu şəhərlərdəki Yehovanın Şahidləri yanlış ittihamlara qarşı hüquqlarını məhkəmədə qətiyyətlə müdafiə edirlər. Onlar din azadlıqları pozulduğu üçün Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdilər.

Abinskdəki Yehovanın Şahidləri mətanət göstərirlər

Yehovanın Şahidlərinin Abinskdəki kiçik qrupu dünyadakı digər dindaşları kimi dini fəaliyyətlərini davam etmək əzmindədirlər. Bununla belə Yehovanın Şahidləri ümid edirlər ki, Rusiya Federasiyasının Ali Məhkəməsi aşağı instansiya məhkəmələrinin qərarının ədalətsiz olduğunu qəbul edəcək və Abinskdəki Yehovanın Şahidlərinin öz ibadət evlərində dinc şəkildə ibadət etmələrinə icazə verəcək.