Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

3 İYUN 2015-Cİ İL
RUSİYA

Ədliyyə Nazirliyi Moskvadakı Yehovanın Şahidlərini qeydiyyata alır

Ədliyyə Nazirliyi Moskvadakı Yehovanın Şahidlərini qeydiyyata alır

2015-ci ilin mayın 27-də Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Yehovanın Şahidlərinin Moskvadakı yerli dini təşkilatını qeydiyyata aldı. Moskvadakı məhkəmə Yehovanın Şahidlərinin hüquqi şəxsini ləğv etmişdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bunun qeyri-qanuni olması ilə bağlı qərar çıxarmışdı. Bu qərardan yalnız beş il sonra Yehovanın Şahidləri qeydiyyata alındı.

İllərlə davam edən məhkəmələrdən sonra 2004-cü ildə Moskvanın Qolovinskiy Rayon Məhkəməsi Yehovanın Şahidlərinin hüquqi şəxsinin ləğv edilməsinə qərar vermişdi. 2010-cu ildə AİHM qərar çıxardı ki, Rusiya hökuməti Yehovanın Şahidlərinin qeydiyyatını bərpa etsin və dəymiş mənəvi zərəri ödəsin. Rusiya hökuməti cəriməni ödəsə də, qeydiyyata yalnız indi aldı.